“PASHA Holding”in otel biznesinə yenidən maya qoyuldu
“PAŞA Holding”in otelçilik sənayesinə yenidən maya yatırıldı. Son 6 ayda 2.6 dəfə nizamnamə kapitalı böyüdülüb.
Valyuta.Az banker.az-a istiadən xəbər verir ki, “Absheron Hotel Group” MMC-nin nizamnamə kapitalı 1.5 milyon manat, yaxud 19.1 faiz artırılmaqla 9.35 milyon manata yüksəlib.
Otellər şəbəkəsi 2020-ci ilin avqustunda nizamnamə kapitalını 2 mln. artırmaqla 5.65 mln. manata, həmin ilin sentyabrında isə 2.2 mln manat artırmaqla 7.85 mln. manata qədər artırmışdı.
“Absheron Hotel Group” otel şəbəkəsi 2013-cü ildən Azərbaycan bazarına daxil olub. Şirkət Azərbaycanın paytaxtı Bakıda müvafiq beynəlxalq otel menecmenti şirkətləri tərəfindən idarə edilən iki lüks otel – “Four Seasons” və “JW Marriott Absheron”un sahibidir.
Bununla belə, onun şəbəkəsinə Azərbaycanın paytaxt və rayonlarında otellər, Türkiyə və Gürcüstandakı bir neçə otel daxildir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay