Redaktor
Yeni il üçün bölgələrdə fantastik otel qiymətləri - 2000-2700 manat...
Yeni ilin gəlməsinə bir neçə həftə vaxt qalıb. Adətən, bir çoxları bayramı qeyd etmək üçün rayonlara üz tuturlar. Bəs, bayramqabağı bölgələrdə otel və kotteclərdə qiymətlər necədir?
Valyuta.az Bakupost-un bununla bağlı apardığı araşdırmanın nəticələrini təqdim edir.
Yeni ili Qubada yerləşən məşhur "Quba Palace" otelində keçirmək istəyənlər dekabrın 31-dən yanvarın 2-ə qədər 2700 manat ödəməlidirlər. Bu, qiymət iki nəfər üçün təyin edilib. Məbləğə gündə 3 dəfə qidalanma, SPA, sauna və keçiriləcək yeni il şou-proqramlarına qatılmaq daxildir.
Qubada "Macara Lake Park" otelində isə 2 nəfər üçün 1 gecəlik ekonom otaqlar 140 manatdır. Qiymətə səhər yeməyi daxildir. Oteldə kotteclərin qiyməti isə 600 manata qədər qalxır.
Dekabrın 31-dən yanvarın 2-ə qədər 3 günlük qiymət (2 nəfər üçün) 1450 manatdır. Qiymətə səhər və axşam yeməkləri daxildir.
Şamaxıda "Shamakhi Palace Sharadil" oteldə hazırda 10 faiz endirim mövcuddur. 2 nəfər üçün qiymətlər 1521 manatdır. Qiymətə gündə 3 dəfə qidalanma və təşkil olunacaq şou-proqramlara giriş daxildir. 6 yaşınadək uşaqlar üçün oteldə qalmaq ödənişsizdir.
"Qalaaltı" otelində isə 31 dekabr – 2 yanvar tarixlərində iki nəfər üçün qiymət 1430 manatdır. Bu məbləğə gündə 3 dəfə qidalanma, SPA, sauna və sair xidmətlər daxildir.
"Shabran Wellbeing" otelində 31 dekabr – 1 yanvar tarixlərində 2 nəfər üçün qiymət 1620 manatdır. Buraya səhər və axşam yeməyi daxildir. 6 yaşdan yuxarı uşaqlar üçün 420 azn əlavə önəniş tələb olunur.
Qəbələdə "Qafqaz Riverside" otelində 31 dekabr – 1 yanvar tarixlərində 2 nəfər üçün istirahət 1576 manat, 1 uşaqla isə 2038 manata başa gəlir. 3 dəfə qidalanma təmin edilir.
Qəbələdə "Qafqaz Tufandağ" otelində 2 nəfər üçün qiymət 3 günlük istirahət səhər yeməyi daxil ilmaqla 1620 manatadır. Əlavə bir uşaq olduqda isə qiymət 2052 manata qalxır.
Şəkidə "Marxal" otelində 2 nəfər üçün qiymət səhər yeməyi daxil 1280 manat tələb olunur. Bir uşaq üçün əlavə 380 manat tələb olunur.
Lənkəranda "Riva Hill" oteldə isə 1 gün üçün 2 nəfərlik nömrənin qiyməti 159 manatdır. Qiymətə səhər yeməyi daxildir.
Qaxda "Bergs Hotel & Restaurant" otelində dekabrın 25-dən yanvarın 5-ə qədər 1 gecəlik qiymət 109 manatdır. Qiymətə səhər yeməyi daxildir.
"Hilltop Heaven" otelində 2 nəfərlik nömrənin bir sutkalıq qiyməti səhər yeməyi daxil olmaqla 660 manatdır. 15 yaşa qədər uşaqlar üçün isə əlavə 165 manat ödəniş olunur. Qiymətə səhər yeməyi daxildir.
