Müalicə məqsədilə Azərbaycana gələn turistlər bu qədər pul xərcləyib - Məbləğlər
Cari ilin yanvar-oktyabr aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin çəkdikləri xərclərin həcmi 2 milyard 874 milyon 444 min manat olub.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu vəsaitin 38 milyon 366 min manatını müalicə məqsədilə səfər edən turistlər xərcləyib.
Bundan başqa, stirahət, əyləncə məqsədilə səfər edənlərin xərcləri 2 milyard 169 milyon 729 min manat, qohumlara, dostlara baş çəkmək məqsədilə səfər edənlərin xərcləri 343 milyon 608 min manat, işgüzar məqsədlə səfər edənlərin xərcləri 300 milyon 79 min manat, tranzit məqsədilə səfər edənlərin xərcləri 12 milyon 440 min manat, mağazalara baş çəkmək məqsədilə səfər edənlərin xərcləri 4 milyon 329 min manat, digər turizm məqsədilə səfər edənlərin xərcləri 3 milyon 586 min manat, dini ziyarət məqsədilə səfər edənlərin xərcləri 2 milyon 305 min manat olub.
Əvəz Həsənov
HƏMÇİNİ BAX: Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay