Turizm
07.11.2024 / 16:16
Turagentlərdə çalışanların sayı azaldı - Gəlirlər artdı
59121
Azərbaycan turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri göstərən müəssisələrin turagent və turoperatorların gəlirlərində artım müşahidə edilib.
Valyuta.az xəbər verir ki, onların gəlirlərində artım müşahidə edilsə də, 2024-cü ilin yanvar ayınadək olan rəsmi məlumata görə, 2019-cu illə müqayisədə 100-dən çox turagent, turoperator müəssisələri bağlanıb.
Belə ki, ölkəmizdə 2019-cu ildə 432 turagent, turoperator fəaliyyət göstərirdisə, bu ilin yanvar ayında onların sayı 300-ə enib. Həmin müəssisələrdə 2019-cu ildə 2205 nəfər çalışırdısa, hazırda çalışanların sayı 1698 nəfərdir. Amma buna baxmayaraq turagent və turoperatorların gəlirləri 2019-cu ildə 63363,8 min manat idisə, hazırda 78 772,7 min manatdır.
Sadiq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay