"Sağlamlıq turizminin keyfiyyətində çatışmazlıqlar var"
Azərbaycanda sağlamlıq turizmi üzrə potensial yüksəkdir, lakin keyfiyyət məsələsində bəzi çatışmazlıqlar mövcuddur.
Valyuta.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Şuşada keçirilən "Azərbaycan Sağlamlıq Turizm Konfransı: İnkişaf imkanları" adlı tədbir çərçivəsində təşkil olunmuş "Azərbaycan Sağlamlıq Turizmi Destinasiyası kimi: Cari Vəziyyət və İmkanlar" adlı panel müzakirələrində bildirib.
"Bu çatışmazlıqların aradan qaldırılması üçün addımlar atacağıq. 2025-ci il sağlamlıq turizmi ilə bağlı həlledici il olacaq", - deyə o qeyd edib.
Bundan başqa, aparat rəhbərinin sözlərinə görə, Azərbaycanda turizmlə bağlı mövsümilik problemi də mövcuddur: "Alternativ turizm növlərinin inkişafı bizə bu problemi həll etməyə imkan verir. Sağlamlıq turizminin imkanlarının araşdırılması ilə bağlı hesabatlar hazırlanır," – aparat rəhbəri əlavə edib.
Onun sözlərinə görə, sağlamlıq turizmi ilə bağlı işçi qrupu formalaşdırılır: "Əsas məqsədimiz müxtəlif qurumların ortaq mövqeyini əks etdirən sənəd hazırlamaq və koordinasiyalı fəaliyyət göstərməkdir".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay