BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
58225

Bu gün Rusiyanın Moskva şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açılışı olub.

Valyuta.az xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev, Rusiyanın İqtisadi İnkişaf nazirinin müavini Dmitri Vaxrukov və Moskva Şəhəri Hökumətinin Xarici iqtisadi və Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Vyaçeslav Manuylov və digər dövlət rəsmiləri, “Agalarov Development” şirkətinin təsisçisi, tanınmış iş adamı Emin Ağalarov, eləcə də Rusiya və Azərbaycanın turizm sənayesinin nümayəndələri iştirak ediblər.

F. Nağıyev nümayəndəliyin fəaliyyətə başlamasının ikitərəfli əməkdaşlığın inkişafında yeni mərhələnin təməlini qoyduğunu və turizm əlaqələrini daha da gücləndirəcəyini qeyd edib. Agentlik sədri bildirib ki, Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin tərkib hissəsi kimi turizm əlaqələri çoxillik tarixə əsaslanır və onların inkişafına əsas təkan dövlət başçılarının bu sahəyə göstərdiyi xüsusi diqqətdən irəli gəlir.

Tədbir çərçivəsində, həmçinin iki ölkə arasında turizm sahəsində gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, turizm nümayəndəliyin açılmasında əsas məqsəd Rusiya turizm sənayesi ilə əməkdaşlığı gücləndirmək, Azərbaycanın turizm potensialını və məhsullarını təbliğ etmək, habelə Rusiya bazarında informasiya və reklam fəaliyyətini genişləndirməkdir.

Nümayəndəlik turizm şirkətləri və dövlət qurumları ilə münasibətləri formalaşdırmaq, marketinq və media kampaniyalarını idarə etmək, tədbirlər təşkil etmək və turizm agentlikləri, eləcə də media ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək funksiyasını həyata keçirəcək.

Qeyd edək ki, hazırda “Azərbaycan Hava Yolları” QSC və Rusiyanın aviadaşıyıcıları Azərbaycanın müxtəlif şəhərlərinə uçuşlar həyata keçirərək iki ölkə arasında fasiləsiz hava əlaqəsini təmin edir. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana Rusiyadan səfər edənlərin sayı 564 008 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Mərkəzi Bankın valyuta ehtiyatları 3 %-dən çox artıb

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi

ABŞ-nin yeni sanksiyaları İranın Çinlə neft ticarətinə mənfi təsir edir - ŞƏRH

Azərbaycanda pul bazası 12 %-dən çox artıb

Nazirlikdə yeni idarə rəisi təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin