Ölkədəki hotellərin gəlirləri 100 milyon manata yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 26,7 % və ya 98 milyon 728 min manat artaraq 468,5 milyon manat olub.
Valyuta.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bunun 62,5 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,7 %-i ictimai iaşə xidmətlərindən, 2,9 %-i müalicə və sağlamlıq xidmətlərindən, 7,9 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
9 ay ərzində mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 24,8 % səviyyəsində olub (2023-cü ilin yanvar-sentyabr aylarında 20,8 %). Bu göstərici Şabranda 63,2 %, Naftalanda 45,3 %, Bakıda 39,7 %, Qusarda 26,6 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay