BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
56832

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 182 ölkəsindən 1 milyon 502,7 min turist gəlib. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Həmin turistlərin arasında Cənubi Koreyadan gələnlərinin sayında da artım müşahidə edilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu turistlərin sayında 2,3 dəfə artım müşahidə edilib. Bu da Cənubi koreyalıların ölkəmizə artan marağını göstərir. 

Bəs həmin turistləri ölkəmizə gətirən nədir? 

Valyuta.az ölkəmizə gələn Cənubi koreyalılara bələdçilik edən Samran Rəhimovla müsahibəni təqdim edir:

- Samran bəy, Cənubi Koreyadan Azərbaycana gələn turistlər Azərbaycana gələrkən əvvəldən  ölkəmiz haqqında nə qədər məlumatlı olur? 

- Artıq demək olar ki, koreyalılar 10 ildir ki, ölkəmizə kütləvi şəkildə gəlməyə başlayıblar. Pandemiyadan öncə gələn turistlərlə sonra gələnləri müqayisə etdiyimiz zaman anlayırıq ki, pandemiya zamanı koreyalıların araşdırmağa, öyrənməyə xeyli vaxtları olub. Çünki daha öncə öz prezidentlərinin illər əvvəl Azərbaycana rəsmi səfərinin olduğundan xəbərsiz xeyli insan görmək olurdu. 

- Onlar ölkəmizə səyahəti zamanı gedəcəkləri yerlər haqqında əvvəldən məlumatlı olurlar? Hanısa bir proqram hazırlanır?

- Turistlərin gəzəcəkləri yerlər hələ Koreyadan yola düşməmiş bəlli olur artıq və onlar da bu yerlər haqqında az da olsa məlumatlanırlar.

- Koreyalı turistlərlə artıq neçə ildir işləyirsiniz? 

- 2017-2018-ci illərdə dövlət proqramı ilə Cənubi Koreyada təhsil alıb gəldikdən sonra davamlı olaraq bu işlə məşğulam. Düşünürəm ki, həm ölkəmizi tanıdaraq faydalı iş görürəm, həm də şəhərin səs-küylü həyatından qısa da olsa uzaqlaşmaq üçün fürsət əldə edirəm.

- Turistləri daha çox hara aparırsınız? Onların ən çox bəyəndikləri yerlər haradır?

- Turistləri ölkənin müxtəlif tarixi məkanlarına aparırıq. Məsələn, Şirvanşahlar Sarayı, Qız Qalası, Yanar Dağ, Atəşgah Məbədi, Qobustan qayalıqları, Palçıq Vulkanları Turizm Kompleksi, Bibiheybət Məscidi, Şəhidlər Xiyabanı, Şəki Xan Sarayı, Karvansaray və s. kimi dünyada da kifayət qədər tanınan yerlərə aparırıq. Ən çox bəyənilənlər Qız Qalası, Yanardağ, Qobustan qayaüstü təsvirləri Bibiheybət məscidi, Şəhidlər Xiyabanı, Şəki Xan Sarayıdır.

- Bu turistlər ölkəmizə daha çox ilin hansı mövsümündə gəlməyi üstün tutur?

- Qış aylarını və avqust ayını çıxmaq şərtilə digər aylardakı hava şəraiti onlar üçün çox uyğundur. 

- Desək ki, turistlər üçün Azərbaycanın göstərilməli olduğu 5 əsas məkan hansılardır, necə sıralaya bilərsiniz? 

- Düşünürəm ki, Dağüstü Park, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Qız Qalası, Bibiheybət Məscidi, Şəki Xan Sarayı turistlərə gəzdiriləcək yerlər sırasında ilk beşlikdə dayana bilər.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Mərkəzi Bankın valyuta ehtiyatları 3 %-dən çox artıb

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi

ABŞ-nin yeni sanksiyaları İranın Çinlə neft ticarətinə mənfi təsir edir - ŞƏRH

Azərbaycanda pul bazası 12 %-dən çox artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin