Dünyanın ekzotik istirahət təklif edən lüks otelləri - 5 500 dollardan başlayan qiymət
Hamımızın istirahət xəyallarımız fərqlidir. Bəzilərimiz evdə dincəlmək istəyərkən, bəzilərimiz yaşıl bir meşəlikdə gəzmək, bəzilərimiz isə dənizdə üzmək, hovuzlu gözəl villada istirahətimizi keçirmək istəyirik.
Beləliklə, xəyal qurarkən ən yaxşısını quraq deyənlərdənsinizsə, bu məqalə sizin üçündür. Yaxud həqiqətən də dəbdəbəli bir tətilə layiq olduğunuzu düşünənlərdənsinizsə... Təbii ki, 'lüks' anlayışına yalnız bahalı olanlar daxil ola bilməz. Həm də qiymətinə dəyər olmalı və təklif etdiyi imkanlarla özünüzü lüks hiss etdirməlidir.
Valyuta.az dünyanın müxtəlif yerlərində təqdim etdikləri ekzotik xidmətlərlə seçilən lüks otelləri təqdim edir:
“Sonava Jani”, Maldiv adaları – Bəzən hər şeydən uzaqlaşıb lüks bir istirahət etmək istəyərik, və bu baha başa gəlir. Xüsusilə Maldiv adalarında “Soneva Jani”də qalırsınızsa. otel "ayaqqabı yox, xəbər yoxdur" şüarı ilə özünün xidmətlərini Robinson Kruzo tipli bir təcrübə kimi təqdim etsə də, bu villarda hər şey təzədir. Dörd otaqlı su sürüşkəni olan villa bir çox sosial media hesablarında paylaşılır. Təbii ki, daha az otaqlı və sürüşkəni olmayan su villaları da var. Otelin daxilində hətta şokolad otağı da var. Bu kompleksdə hovuzlu villaların qiymətləri 6100 dollardan başlayır. Amma "hər şey daxil istəyirəm" deyirsinizsə, ikiqat çox ödəməlisiniz.
“Tək Qorilla Yuvası”, Ruanda - Ruandada meşələrdə yaşayan dağ qorillalarını görmək üçün gəzə biləcəyiniz bir kurort olduğunu bilirdinizmi? Bundan əlavə, hər kəs zürafələri görməyə gedir, əgər "Gəlin qorillaları görək" desəniz, hədəfiniz “Tək Qorilla Yuvası” olmalıdır. Böyük meymunları bir yana, otelin özü Ruandadan bir neçə saatlıq yol qət etməyə dəyər. Qısa səfərə üstünlük verənlər üçün helikopter meydançası da var. Hovuzlu, evkaliptlə dolu ərazidə cəmi 21 fərdi otaq və suit var, o cümlədən şəxsi hovuzu və çoxsəviyyəli terrası olan 4000 kvadrat metrlik Silverback dəsti, həmçinin əsas restoran və bar, spa, tropik meşələrə və kənardakı vulkanlara baxan hovuz. Orta səviyyəli suit otağın qiyməti təxminən 6000 dollardır. Amma qorilla trekkinqi üçün adambaşına əlavə 1500 dollar ödəməlisən.
“Kokoma Şəxsi Adası”, Fici: Kokomada tam bir adanı icarəyə götürə bilsəniz də, bu bir gecə üçün 65.000 dollara başa gəlir və 40 qonaq qəbul edə bilir. Əksər ziyarətçilər eyni anda 25 villa və rezidansdan yalnız birini sifariş etməyi üstün tuturlar. Burda cütlüklər üçün romantik bir otaqlı villalar var, qruplar və böyük ailələr isə altı otaqlı” Sunset Residence”i seçə bilərlər. Hansı yaşayış yeri seçdiyinizdən asılı olmayaraq, qiymətə bütün yeməklər, motorsuz su idman növləri, 45 dəqiqəlik spa müalicəsi və ya akvalanqla dalış ekskursiyası daxildir. Bir gecəlik villanın orta qiyməti 5500 dollardan başlayır.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay