Qarabağa turist turlarının təşkili niyə vacibdir?
Azərbaycan mötəbər bir tədbirə - COP29-a hazırlaşır. Rəsmi məlumata görə, bu tədbirə dünyanın 5 qitəsindən on minlərlə insan qatılacaq. Təbii ki, bu qədər insan təkcə qlobal iqlim dəyişikliklərini müzakirə etməyə gəlmir, həm də ölkəmizi yaxından tanımaq üçün gəlir. Ona görə də bu fürsətdən istifadə edərək Azərbaycanı dünyaya daha yaxından tanıda bilərik.
Bu mənada Qarabağa turların təşkili və hesaba da bu ərazilərdəki tarixi-mədəni obyektlərin təqdimatı olduqca vacibdir. Üstəlik, bu turlar hesabına işğaldan azad edilmiş ərazilərdə erməni vandalizminin izlərini olduğu kimi dünya ictimaiyyətinə çatdıra bilərik.
“Mina riski qalmaqdadır”
Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, Qarabağa turlar var:
“Məndə olan məlumata görə, bəzi turizm şirkətləri artıq bu işin icrasına başlayıb. Məhz turizm şirkətlərinin yaratdığı imkanlardan bəhrələnərək Qarabağa səfər edirlər. Bildiyim qədər müxtəlif turlar və hər tura uyğun da paketlər var. Amma çalışıb bu turizm obyektlərinin dairəsini genişləndirməliyik. Bu həm də əcnəbi turistlərin Qarabağa marağını artırmış olar.
Reallıq budur ki, hazırda Qarabağın bütün nöqtələrinə turist turlarının təşkili mümkün deyil. Bu da onunla bağlıdır ki, işğaldan azad edilmiş ərazilər tamamilə minalardan təmizlənməyib. Ona görə də risklər qalır. Bu səbəbdən bir çox tarixi yerlərə getməkdə problemlərimiz var”.
“Erməni vəhşiliyini dünya ictimaiyyətinə əyani şəkildə göstərə bilərik”
Millət vəkili hesab edir ki, Ermənistan vandalizminin və erməni yalanlarının ifşası məqsədilə xarici turistlər üçün Qarabağa turların təşkili çox vacibdir:
“Burada təkcə iqtisadi maraq yox, həm də milli və dövlət mənafeləri var. Çünki ermənilər hər zaman yalandan deyiblər ki, azərbaycanlılar onların tarixi abidələrini məhv edir. Biz də xarici turistləri işğaldan azad edilmiş ərazilərə gətirməklə erməni vəhşiliyini daha aydın və əyani şəkildə dünya ictimaiyyətinə çatdıra bilərik. Ona görə də ən qısa zamanda bu məsələ öz həllini tapmalıdır”.
Məsələyə Dövlət Turizm Agentliyinin də mövqeyini öyrəndik. Agentlikdən Bizim.Media-ya bildirildi ki, hələlik bu sahədə ciddi bir iş yoxdur:
“Olacağı təqdirdə bu barədə müvafiq açıqlama olacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay