Turizm
25.07.2024 / 15:09
Serbiya aviaşirkəti bu ilin sonuna qədər Bakıya uçuşlara başlaya bilər
52414
"Bu ilin sonuna qədər "Air Serbia" şirkəti Belqraddan Bakıya birbaşa sınaq uçuşlarına başlamaq niyyətindədir".
Valyuta.az xəbər verir ki, bunu Serbiyanın mədəniyyət naziri, Azərbaycanla bu ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nikola Selakoviç Komissiyanın Bakıda keçirilən 8-ci iclasında bildirib.
"Serbiya Azərbaycan vətəndaşlarının vizasız səyahət edə biləcəyi nadir ölkələrdəndir. Lakin iki ölkə arasında birbaşa uçuş imkanı yoxdur. Yaxın günlərdə bununla bağlı Azərbaycanla videokonfrans keçirmək niyyətindəyik. İlk növbədə bu marşrutun aktivliyini yoxlamaq üçün bu ilin sonuna qədər aviareyslər həyata keçirməyi düşünürük", - deyə o qeyd edib.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay