BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
52032

Yeni araşdırma 2024-cü ildə turistlərin ziyarət etməsi üçün dünyanın ən riskli şəhərlərinin adını açıqlayıb. 

Qaynarinfo "Forbes Advisor"a istinadən xəbər verir ki, xarici səyahətçilər üçün ən təhlükəli istiqamətlər olaraq Venesuela, Pakistan və Myanma şəhərləri seçilib.

Tədqiqat səyahət təhlükəsizliyi reytinqini hazırlamaq üçün cinayət, şəxsi təhlükəsizlik, səhiyyə, infrastruktur, təbii fəlakətlər və rəqəmsal təhlükəsizlik daxil olmaqla, yeddi risk kateqoriyası üzrə 60 beynəlxalq şəhərə baxıb. Daha sonra şəhərlər ümumi riski göstərmək üçün 100 ballıq şkala ilə qiymətləndirilib.

Araşdırmaya görə, səyahət edənlər üçün ən böyük risk Venesuelanın paytaxtı Karakasdır. Bu şəhər təhlükə səviyyəsinə görə 100 bal toplayan yeganə şəhərdir. 

Siyahıda növbəti şəhər Karaçi (Pakistan) olub. Bura bölgədəki terror təhlükəsi səbəbindən turistlər üçün ikinci ən təhlükəli şəhər kimi tanınıb.

Myanmanın Yanqon şəhəri üçüncü yeri tutub. Bu şəhər 91,67 bal toplayıb və şəxsiyyət oğurluğu, təbii fəlakətlər və aşağı keyfiyyətli səhiyyə riski göstərib.

Eyni zamanda, Sinqapur səyahət edənlərin ziyarət etməsi üçün ən təhlükəsiz şəhər kimi tanınıb. Bu ölkə təbii fəlakət riskinin aşağı olması, sağlamlıq təhlükəsizliyi və infrastruktur təhdidlərinə görə 0 bal alıb. 

İkinci ən təhlükəsiz şəhər Tokio (Yaponiya) olub, üçüncü yeri isə Kanadanın Toronto şəhəri tutub. Bu şəhərlər turistlər üçün 15-dən az təhlükə nöqtəsi alıb.

Turistlər üçün ən təhlükəli 10 şəhər:

Karakas, Venesuela - 100 risk nöqtəsi;
Kəraçi, Pakistan - 93,12 bal;
Yanqon, Myanma - 91,67 bal;
Laqos, Nigeriya - 91,54 bal;
Manila, Filippin - 91,49 bal;
Dəkkə, Banqladeş - 89,5 bal;
Boqota, Kolumbiya - 86,7 bal;
Qahirə, Misir - 83,44 bal;
Mexiko City, Meksika - 82,43 bal;
Kito, Ekvador - 82,02 bal.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Mərkəzi Bankın valyuta ehtiyatları 3 %-dən çox artıb

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi

ABŞ-nin yeni sanksiyaları İranın Çinlə neft ticarətinə mənfi təsir edir - ŞƏRH

Azərbaycanda pul bazası 12 %-dən çox artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin