BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.77
  • RUB
    1.7128
  • TRY
    0.0477
  • GBP
    2.0945
49776

Halal hotel, islami hotel anlayışı var. Bu təcrübədən qardaş Türkiyədə uzun müddətdir və geniş şəkildə istifadə olunur. Azərbaycanda da bu tipli hotellərin xidmətlərindən yararlanmaq istəyənlərin böyük qismi Türkiyəyə üz tuturlar. Azərbaycanda da bəzi hotellərin reklamlarında halal məsələsinin qabardılmasını görürük.

Bəs halal hotel nədir? Azərbaycanda halal otel varmı?

Valyuta.az-a danışan turizm eksperti Ceyhun Aşurov halal hotellərin konsepti haqqında məlumat verdi: “Bu cür hotellərdə konsept adətən ailə konsepti olur, spirtli içkilərə icazə verilmir, yeməklərə daha çox diqqət olunduğunu deyir. Personallar islami dəyərlərə xüsusi diqqət və həssasiyyətlə yanaşırlar. Gələn qonaqların kontingentinə xüsusi diqqət yetirirlər. Bu hotellərdə adətən, saatlıq satışlara icazələr olmur. Halal hotel konseptinin müştəri seqmenti var. Buranın müştəriləri onun halallığına inanmaq istəyirlər. İslami hotel dedikdə ağıla o gəlməməlidir ki, burada yalnız müsəlmanlar və müsəlman ölkələrindən olan turistlər qalır”.

“Halal konsepsiyası ilə işləyən hotellər var, amma...”

Ekspert vurğuladı ki, hazırda Azərbaycanda sertifikatlar alan islami hotel yoxdur: “Halal hotel konsepsiyasının dünyada müəyyən olunmuş standartları var. Bəzi ölkələrdə islami qurumlar var ki, bu hotellərə xüsusi sertifikatlar verirlər. Azərbaycanda bu cür sertifikatlar alan islami hotel yoxdur. Ancaq halal konsepsiya ilə işləyən hotellər artıq Azərbaycanda da var. Bunların bəzilərini onlayn platformalarda və özlərinin sosial şəbəkə hesablarında görə bilirik”.

“Halal hotel yanaşması eyni zamanda həm də bir marketinq gedişidir. Çünki müəyyən seqmentə, tələbatı olan müştərilərə yönəlir ki, həmin müştərilər üçün bazarda belə bir təklif aktiv olaraq qalır. Bu təklif həmin seqment müştərilərin tələblərinə uyğun olduğu üçün bu cür hotellərin də işləməsinə və uğurlu ola bilməsinə imkan yaradır” – ekspert əlavə edib.

C.Aşurov islami hotellərin qiymətlərinin baha olduğunu dedi: “Dünyada bu tipli hotellərin qiyməti nisbətən daha baha olur. Çünki onlar spitli içki satışından, saatlıq satışlardan və s. kimi əlavə gəlirlərindən imtina edirlər. Amma bunun qarşılığında hotel qiymətlərini daha yüksək müəyyənləşdirirlər ki, öz xərclərini qarşılaya bilsinlər”. 

“Halal turizm ekoloji baxımdan daha əlverişlidir”

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi də deyir ki, Azərbaycanda bəzi hotellər, öz adlarının qarşısına halal hotel yazırlar, bəzi turizm turları ərəb ölkələrinə halal turlar təşkil edirlər, amma bu, geniş yayılmış təcrübə deyil. Bu istiqamətdə müəyyən cəhdlər var.

“Biz ərəb və müsəlman ölkələri ilə turizm mübadiləsi aparırıqsa, bu istiqamətdə hansısa irəliləyişlərin olacağı gözləniləndir. Halal hotellər, halal turizm ekoloji baxımdan daha əlverişlidir. Bildiyimiz kimi, islam qaydalarında insana, ətraf mühitə, qidanın hazırlanmasına olunan hörmət xüsusi yer tutur. Halal turizmdə dini qaydalara riayət etməklə yanaşı, qida məsələsi də çox vacibdir. Çünki halal-haram məsələləri qida məsələsində çox nəzərə çarpır” – o, əlavə edib.

S.Dübəndi bildir ki, hər bir turizm istiqamətini inkişaf etdirmək üçün həmin istiqamətin tənzimləyici bazası olmalıdır:

“Yəni, hər hansı standartlar, qaydalar və ya tələblər olmalıdır. Kimsə halal hotel konsepsiyasını qurmaq istəyirsə, istinad edəcək bir yer olmalıdır. Beynəlxalq sənədlər var ki, halal turizm sahəsində sertifikatlaşmalar verirlər. Bu bizə gəlib çatmayıb”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB

Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı

Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?

Ötən il əsas kapitala nə qədər investisiya yatırılıb?

Trampın qonşuluğundakı malikanənin qiyməti açıqlandı - Foto

Əmək müqavilələrinin sayı 1 mln. 873 minə çatıb

Yanacağa qənaət etməyin 10 SADƏ YOLU

Karyerasına başladığı klubu aldı

Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xarakterimizə uyğun işi necə seçək? - SƏHƏR OXUSU

Dünyanın kənarında işləmək: Antarktidada aşpaz və elektrik işçiləri axtarılır

Trampın sərəncamı - Kripto dünyasına verilən vədlər

"Ford"un 270 mindən çox avtomobilində problem aşkarlandı

DOST Agentliyi 25 min manatlıq nahar yeməyi alır

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

Evi 20 milyona satışa çıxarıldı

Çini tərk edən ABŞ şirkətlərinin sayı rekord həddə çatır

"SORTA" MMC-ə inzibati xəta protokolu tərtib olunub

“Pera Tekstil” məhkəmə qarşısında

X sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnəcək

“Tender kralı” məhkəmə qarşısında

Xaricə neft bitumu satışından gəlirlərimiz 2 dəfədən çox azalıb

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin