Şuşadakı hotellər bu il 3 milyon gəlir əldə edib
Qarabağ iqtisadi rayonun Şuşa rayonu üzrə 2023-cü ilin ilk üç rübündə hotellərin gecələmə sayı və hotellərin gəlirləri açıqlanıb. Hotellərin gəlirləri artsa da, onlara çəkilən xərcləri qarşılamayıb.
Valyuta.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Şuşa rayonundakı hotellərdə 12 583 gecələmə olub. Bunun da 10 303 gecələmə Azərbaycandan olan turistlər və qalan 2 280 gecələmə isə əcnəbilərin payına düşüb. Beləliklə, 11 917 nəfər şəxs turist kimi iştirak edib.
Ötən ilin eyni dövründə 14 988 gecələmə olmuş, bunun 13 121 gecələməsi yerli, qalan 1 867 gecələməsi isə əcnəbilərin payına düşüb.
Cari ilin ilk üç rübündə Şuşa rayonunda mehmanxana (hotel) və mehmanxana tipli obyektləri 2 milyon 999.5 min manat gəlir əldə ediblər. Bu, 2022-ci ilin eyni dövründə 2 milyon 24.1 min manat təşkil etdiyini nəzərə alsaq, gəlirləri 48.5% artırmış olublar.
Bu müddət ərzində gəlirlər onlara çəkilən xərcləri qarşılamayıb. Belə ki, hotel və mehmanxana tipli obyektlərin məhsul və xidmət istehsalına çəkdikləri xərclər 2022-ci ilin ilk üç rübündə 1 milyon 918.2 min manat olduğu halda, cari ilin müvafiq dövründə 3 milyon 671.2 min manata yüksəlib. Xərclərin 1 milyon 295.8 min manatı içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 1 milyon 58.2 min manatı əməkhaqqı xərcləri və qalan hissəsi isə digər xərclər olub.
Hotellərdən istifadə səviyyəsi cəmi 16.1% olub.
© Banker
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay