BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
36240
Hər il qış mövsümünün gəlişinə az qalmış turizm sektorunda müəyyən yeniliklər başlayır. Hotellər yeni kampaniyalara start verir, turizm müəssisələri yeni qiymətlərlə turpaketləri satışa çıxarır.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi turizm sektorundakı mövcud vəziyyət, yeniliklər və qış mövsümünə hazırlıqlar barədə məlumat verib.
Xizək turizmi daha əlçatan olmalıdır
Onun sözlərinə görə, dağ qış kurortlarında adətən dekabrın 15-dən xizək sürmək imkanları təklif edilir: "Ölkədə 2 dağ-xizək turizm kompleksi fəaliyyət göstərir. Bunlardan biri Şahdağ Qusar rayonun ərazisində, digəri isə Tufandağ Qəbələ rayonunun ərazisində fəaliyyət göstərir. Belə kurortların yaradılması turizm sənayesinin mövsümdən asılılığının azalmasına xidmət göstərir".
S. Dübəndi hesab edir ki, qış mövsümü dünya turizm sənayesi üçün ümumilikdə aşağı mövsüm hesab edilir: "Qış turizm növlərinin inkişafı qış mövsümündə daxili və xarici turistlər üçün əlavə imkanlar yaradır. Qış turizm fəaliyyətləri xizək sürməklə məhdudlaşmır. Burada biz, geniş yayılmış meşəyə xizək üzərində yürüşlər, kirşə, qış giləmeyvələrinin yığılması, mövsümi mətbəx nümunələri və digərlərini sadalaya bilərik. Qış xizək kurortlarının ərazilərində bir çox attraksionlar, kvadrosikldan tutmuş beş ulduzlu hotellərə qədər təklif edilir. Yalnız xizək turizminin ümumilikdə bir qədər bahalı turizm növü hesab edildiyindən bu mərkəzlərin xidmətləri əhalinin orta təminatlı təbəqəsi üçün əlçatan deyil. Düşünürəm ki, bu mərkəzlərin ərazilərində və yaxın ərazilərdə alternativ yerləşdirmə vasitələri, daha əlçatan avadanlıq, ekipirovka, qidalanma və digər xidmətləri təklif edən müəssisələr əmələ gəlməlidir".
 
Təklifin az olması bahalaşma yaradır
O, bildirib ki, turizm müəssisələri yeni il üçün təkliflər baxımından hələ ki, aktiv deyil:
“Yeni il bayramı ərəfəsində və bayram günləri regional hotellərin satışları artır, qiymətlər də bir qədər yüksəlir. Bu da təbiidir. Çünki bazarda tələb artır, təkliflər isə məhdud olduğu üçün müəssisələr qiymətləri yüksəldir".
Assosiasiya rəhbəri bildirib ki, Şahdağ kompleksinin qəbul etdiyi xarici qonaqların sayı ildən-ilə artmaqdadır: "Pandemiyadan əvvəlki dövrdə bayram günləri kompleks 20 min insanı qəbul edirdi”.
O hesab edir ki, Azərbaycanda qış turizm fəaliyyətləri o qədər də geniş yayılmayıb:
“Bir çox hotellər, turizm istirahət mərkəzləri qış bayramları ərzində məhdud təkliflərlə çıxış edirlər. Bunlar gecələmə xidmətləri, şou proqram, qida paketləri olur. Animasiyalar və turizm fəaliyyətləri təklifləri isə azlıq təşkil edir. Bunlara baxmayaraq, Azərbaycanda bütün mövsümlərdə istirahət və digər turizm fəaliyyətləri üçün geniş imkanlar mövcuddur. Ölkədə bir sıra maraqlı, unikal təbii və antropogen turizm resursları yayılıb. Son illərdə mədəni irsin qorunmasına ölkədə xüsusi diqqət yetirilir. Mədəni irs nümunələrinin bərpası və qorunması istiqamətində geniş və planlı işlər aparılır. Bu isə turizm fəaliyyətlərinin inkişafına təkan verir, fərqli turizm istiqamətlərinin inkişafı üçün şərait yaradır. Burada arxeoloji, mədəni, kulinariya, etno və sair turizm növlərini qeyd etmək yerinə düşər”.
Lüks hotellərin çoxu dolub
S.Dübəndinin sözlərinə görə, qarşıdan gələn bayram günlərində regional hotellər arasında 5 ulduzlu seqmentdə yüksək doluluq müşahidə edilir:f
“Bir çox lüks hotellər artıq satışlarını saxlayıblar. Adi günlərdə isə 5 ulduzlu regional hotellərində qiymətlər 130-250 manat arası dəyişir. Digər yerləşdirmə vasitələri seqmentində müxtəlif təklifləri görürük - kotteclər, kənd evləri, qonaq evləri və digərləri. Keçən illə müqayisədə bu müəssisələrin təklif etdikləri xidmətlərin qiymətlərində təxminən 25 % artım müşahidə olunur”.
©Report 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Daha 408 sahibkar cərimələndi

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bu “iPhone”larda vatsap işləməyəcək

Agentlik bu şirkətdən biri 61 min manata 5 ədəd avtomobil alır

Bu ərazilərdə qaz olmayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin