03.11.2023 / 17:26
Azərbaycanda gələn il 13 minə yaxın şəxs sanatoriya-kurort yollayışı alacaq
35888
2024-cü ildə Azərbaycanda 12 640 şəxsə sanatoriya-kurort yollayışının verilməsi planlaşdırılır.
Valyuta.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,6 % çoxdur.
Gələn il sanatoriya-kurort yollayışlarının ümumi dəyəri isə 18,5 milyon manat olacaq ki, bu da bu ilə nisbətən 5,7 % çoxdur.
Hesabat dövründə haqqı qismən ödənməklə 6,5 milyon manat dəyərində 2 310 sanatoriya-kurort yollayışının satılması proqnozlaşdırılır.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay