Azərbaycana gələn çinli turistlərin sayı kəskin artıb: Səbəb nədir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 184 ölkədən 1 milyon 535,8 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz çox turist gəlib gəlib.
Məlumata görə, gələnlərin 31 %-i Rusiya, 17,8 %-i Türkiyə, 7,5 %-i İran, 5 %-i Hindistan, 4,8 %-i Gürcüstan, 4,3 %-i Səudiyyə Ərəbistanı və digər ölkələrin vətəndaşlatı təşkil edir.
Maraqlısı odur ki, digər ölkələrə nisbətən ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayında Azərbaycana gələn turistlər arasında artım faizi baxımından Çin liderlik edir. Sonrakı yerləri isə Cənubi Koreya və Türkmənistandan gələn turistlər tutur. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,2 dəfə, Cənubi Koreyadan 3,4 dəfə, Türkmənistandan gələnlərin sayı isə 2,9 dəfə artıb.
Dövlət Turizm Agentliyinin əməkdaşı Gülnar Mustafayeva Valyuta.az-a açıqlamasında bildirib ki, cari ilin 9 ayı ərzində ölkəmizə gələn turistlər arasında faiz nisbətində Çinin lider olmasına bu ölkə ilə imzalanan müqavilələr təsir göstərib:
"Məsələn, 2019-cu ildə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Memoranduma əsasən Azərbaycan çinli turistlərin səyahət edə biləcəyi ölkələr siyahısına salınıb. Məhz bu amil Çindən ölkəmizə gələn turistlərin sayının daha çox artmasına səbəb olub. Növbəti illərdə Çində marketinq və təbliğat işlərinin intensiv olaraq bərpa edilməsi, çinli turistlərin sayının artırılmasına yönəlmiş tədbirlərin keçirilməsi nəzərdə tutulur. Çin vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza" elektron sistemi tətbiq olunur. Hazırda Urumçi şəhərindən Bakıya həftədə bir dəfə olmaqla uçuşlar həyata keçirilir”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay