BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
34533

"Ölkəmizdə şəhər turizmi kənd turizmindən xeyli irəlidədir. Əcnəbi turistlər bir qayda olaraq, gəzmək, tarixi yerlərlə, fərqli mədəniyyətlə tanış olmaq, həmçinin əylənmək arzusu ilə ailələri və uşaqları ilə daha çox paytaxt Bakıya səfər edirlər. Regionlardakı əcnəbi turistlərin sayı paytaxta nisbətən azdır". 

Bəs bu azalmaların səbəbi nədir?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Dövlətlər əyalətləri inkişaf etdirmək üçün müxtəlif səviyyələrdə səylər göstərirlər. Araşdırmalara görə, paytaxt şəhərlər ən çox səyahət edilən istiqamətlər olsa da, bu, get-gedə zövqə görə dəyişir. Artıq dünya ölkələri turistləri paytaxtda cəm etmək siyasətindən uzaqlaşaraq onların ölkə üzrə səyahətlərinin təşkilinə yönələn proqramlar həyata keçirirlər. Bu siyasət təkcə bölgə turizminin inkişafına dəstək olmur, həmçinin ölkənin bütün marşrutlar boyunca tanınmasına, təbliğinə xidmət edir. Nəticədə yeni iş yerləri yaranır, büdcəyə vergi daxilolmaları artır və s. Digər tərəfdən, istehlakçı vərdişlərinin dəyişməsi, texnologiyaların həyatımızın bütün sahələrinə nüfuz etməsi turistin də portretini dəyişir. Buna görə də maliyyə dəstəyi tədbirləri ilə yanaşı, turizm məhsul və xidmətlərinin təşviqi üçün yeni vasitələrə ehtiyac yaranır. Regionlarla qarşılıqlı əlaqə belə vasitələrdən biridir. 

Heç şübhəsiz, turistin diqqət və istiqamətini paytaxtdan regiona yönəltmək üçün təkcə tarixi memarlıq, zəngin mədəniyyət və ya rəngarəng mətbəx deyil, yaxşı infrastruktur - yeni yollar, hotellər, dayanacaqlar, emalatxanalar, kafe və restoranlar, təmiz sanitar qovşaqlar və s. xidmətlər də olmalıdır.  Amma hələlik bizim ölkəmizdə şəhər turizmi kənd turizmindən xeyli irəlidədir. Əcnəbi turistlər bir qayda olaraq, gəzmək, tarixi yerlər, fərqli mədəniyyətlə tanış olmaq, həmçinin əylənmək arzusu ilə ailələri və uşaqları və ya dostları ilə daha çox paytaxt Bakıya səfər edirlər. 

Millət vəkili Vüqar Bayramovun "Facebook" sosial şəbəkə hesabında paylaşdığı “bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar” fikirləri bizim ölkəmizdə şəhər turizminin region turizmini üstələdiyi fikrini yenidən gündəmə gətirir: “Hələ də Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yalnız Bakıda qalmağa üstünlük verir”.

Millət vəkilinin fikrincə, paytaxtın infrastrukturunu nəzərə aldıqda bu, normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqətdən kənarda qalmamalıdır: “Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır. Nəticədə, bölgələrimizin böyük turizm potensialından tam istifadə olunmur. Bu isə o deməkdir ki, bölgələrin turizm imkanlarının reinteqrasiyası üçün işlər sürətləndirilməlidir”. V.Bayramov hesab edir ki, bölgələrdə turizm sektoruna daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən olmalıdır: “Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu nəzərə alsaq, o zaman bu sahənin bölgələrin inkişafına, rayonlarda yeni iş yerlərinin yaradılmasına verəcəyi töhfəni təsəvvür etmək çətin olmaz”.

Ölkəmizin regionları turizmin inkişafı üçün əsl “qızıl mədəni”dir: gözəl mənzərələr, nadir tarixi abidələr, orijinallığını qoruyub saxlayan qəsəbələr, kəndlər, şəhərlər… Amma bu gözəl potensialdan tam istifadə olunurmu? Nəzərə alsaq ki, iqtisadiyyatın bir çox sahələri birbaşa və ya dolayısı ilə turizmlə bağlıdır, onda bu sahədə yeni inkişaf proqramları hazırlamağın vaxtının çoxdan çatdığına əmin olarıq.

Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam da xarici qonaqların sayının rayonlarla müqayisədə Bakıda daha çox olduğunu təsdiqləyir: “Bu məsələdə infrastruktur böyük rol oynayır. Həmçinin logistika mühüm əhəmiyyət kəsb edir. Regiona getmək üçün əvvəl Bakıya gəlmək lazımdır, daha sonra oraya maşın, avtobus və ya qatarla gedilə bilər. Rayonlarda təbii ki, gəziləcək və görüləcək çox yer var”.

Ekspertlər hesab edirlər ki, potensial turistlərin diqqətini cəlb etmək, onların tələb və istəklərini təmin etmək üçün turizm bazarımızda rəqabətədavamlı məhsullar yaratmalıyıq. Bunun üçün hazırda qloballaşma dövründə, o cümlədən regional səviyyədə inteqrasiya sadəcə zəruridir. 

Turizm üzrə ekspert Müzəffər Ağakərimov bölgələrdə də 2-3 ulduzlu hotellərin tikintisinə ehtiyac olduğunu bildirir: “Paytaxt hotellərindəki bəzi əlavə xidmətlər bölgələrdə də var. Bölgələrin digər üstünlüyü indiki mövsüm üçün gözəl təbiətə malik olmasıdır. Xüsusən şimal-şərq və şimal-qərb rayonları - Zaqatala, Şəki, Qəbələ, Oğuz, İsmayıllı və cənub zonasının hotellərində boş otaq tapılmır. Düzdür, onlar əsasən yerli turistlərdir. Nəzərə almaq lazımdır ki, həm şimal, həm də qərb zonasından quru yollar da bağlıdır. Sərhədlər açılandan sonra xarici turistlərin də ayağı açılacaq”. Turizmçinin sözlərinə görə, yerli turizm şirkətləri öz turpaketlərinə bölgələri də daxil ediblər: “Təbii ki, şəhərdə daha çox əcnəbi turist var. Bunun da əsas səbəbi hava limanının Bakıda olması ilə bağlıdır. Bölgələrdə əlavə hotellər inşa olunmalıdır. 2-3 ulduzlu hotellərin olması vacibdir. Ümumiyyətlə, həm Bakıda, həm bölgələrdə 2-3 ulduzluların inşasına ehtiyac var”. 

Turizmçinin fikrincə, brend hotellərin 2-3 ulduzlu tipləri var ki, onların da inşasını bölgələrdə qurmaq və turistləri cəlb etmək olar: “Təbii ki, aşağı imkanlı turistlər üçün 2 ulduzlu hotellər olmalıdır. Bir ara hostellərin fəaliyyəti geniş yayılmışdı. Bunları da təbliğ etmək lazımdır. Kütləvi turizmin inkişafında  2-3 ulduzlu hotellərin rolu böyükdür. Dünya turizminin inkişaf etdiyi Türkiyə, İspaniya, Fransa kimi ölkələrdə təkcə konqres turizmi deyil, eyni zamanda kütləvi turizm də inkişaf edir. Fikrimcə, marketinqin tələbatı və təklifi bizim ölkəmizdə də buna imkan verəcək. Sadəcə, biz bir az gecikirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İtaliya avstriyalı milyarderi həbs etmək istəyir

Messi və komanda yoldaşları Bakıya gəlir - Bilet qiymətləri

Daha 408 sahibkar cərimələndi

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bu “iPhone”larda vatsap işləməyəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin