Qəbələyə bu il ən çox hansı ölkədən turist gəlib? – Statistika
Yanvar-sentyabr aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 63 min 354 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 29 min 251 nəfəri və ya 46,2 faizi Azərbaycan, 34 min 103 nəfəri və ya 53,8 faizi xarici ölkə vətəndaşı olub.
Valyuta.az xəbər veri ki, bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvar-sentyabr aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. Belə ki, 9 ayda bu ölkənin 10 min 254 vətəndaşı Qəbələdə olub. Bu müddət ərzində Qəbələyə Hindistandan 6 min 170, Birləşmiş Ərəb Əmirliklərindən 5 min 413, Küveytdən 2 min 586, İsraildən 1615, Pakistandan 1066, Rusiyadan 874, Qətərdən 806, Omandan 640, Türkiyədən 364 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə Bəhreyn, Qazaxıstan, ABŞ və digər ölkələrdən də xeyli sayda əcnəbi turist gəlib.
Doqquz ayda Qəbələ rayonu ərazisində yerləşən 18 mehmanxana və mehmanxana tipli müəssisədən 15-i fəaliyyət göstərib. Bir gün qalmaq üçün orta qiymət 105,5 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. Sentyabrda rayonun turizm obyektlərində 924 işçi çalışıb.
© Azərtac
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay