Tbilisi-Bakı-Tbilisi reysində uçuşların sayı artırılır
Gürcüstanın “Geosky” aviaşirkətinin törəməsi olan aşağıbüdcəli (ucuz) “Georgian Wings” şirkəti Tbilisidən Bakıya reyslərin sayını artırır.
Valyuta.az-ın məlumatına görə, “Georgian Wings” Tbilisi-Bakı-Tbilisi üzrə həftədə 5 reys həyata keçirəcək.
Bu marşrut üzrə hər həftənin bazar ertəsi, çərşənbə, cümə, şənbə və bazar günləri 72 sərnişin üçün nəzərdə tutulmuş Fransa-İtaliya istehsalı olan ATR72-500 təyyarəsi ilə sərnişinlərə xidmət göstəriləcək.
Aviaşirkətin nümayəndəsinin sözlərinə görə, “Georgian Wings” artıq 1 aydır ki, Tbilisi Beynəlxalq Hava Limanından Bakı Beynəlxalq Hava Limanı istiqamətində fəaliyyət göstərir:
"İlkin olaraq həftədə 3 tezliklə fəaliyyətə başladıq. Qeyd olunan marşruta tələbdə artım müşahidə olundu ki, bu da o deməkdir ki, aviaşirkətin gözləntiləri özünü doğrultdu. Uçuş cədvəli aviaşirkətimiz tərəfindən həyata keçirilən Tbilisi-Batumi-Tbilisi daxili reysinin uçuş cədvəlinə uyğunlaşdırılıb ki, bu da sərnişinə Tbilisi hava limanından tranzit və komfortlu səyahət kimi əlavə imkan yaradır”.
Aviabiletləri Georgian Wings-in rəsmi saytından, həmçinin kassalardan və turizm agentliklərindən əldə etmək olar.
Xatırladırıq ki, “Georgian Wings” ilk beynəlxalq müntəzəm uçuşunu 2023-cü il sentyabrın 5-də edib və o vaxtdan etibarən Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanından Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanına müntəzəm uçuşlar həyata keçirir.
© Marja
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay