Otellər niyə boş qalıb? (ŞƏRH)
"Otel fəaliyyəti ilə məşğul olan sahibkarlar qiymət siyasətlərinə yenidən baxmalıdırlar".
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli 2023-cü ilin yanvar-iyun aylarında mehmanxanaların boş qalması ilə bağlı statistikadan danışarkən deyib.
Ekspert hesab edir ki, sahibkarlar qiymət siyasətlərini əsasən günün tələbləri səviyyəsi və vətəndaşların xərcləyə biləcəyi büdcələrinə uyğun olaraq tənzimləməlidirlər:
“Belə olarsa, onların dövriyyəsi artar və daha çox gəlir əldə edərlər. Öncə onu deyim ki, yanvar-iyun ayı turizm mövsümünün aktiv vaxtı deyil. Düşünürəm ki, mehmanxana və otellərin boş qalmasının iki səbəbi var. Bunlardan biri quru sərhədlərin bağlı olmasıdır. Digər tərəfdən də otelərdə qiymətlərin bahalaşması ondan istifadəni azaldıb”.
Eyyub Kərimli tövsiyyə edib ki, otel fəaliyyəti ilə məşğul olan sahibkarlar bundan nəticə çıxartmalıdır:
“Qiymətləri daha uyğun tələb və təklif əsasında formalaşdırmalıdırlar ki, otellər istifadəsiz qalmasın. Növbəti iyul və avqust aylarında turizm səfərlərinin pik həddidir. Yay mövsümü ilə əlaqədar Azərbaycana gələn turistlərin sayında artım olur, həm də yerli turizmin inkişafı var. Otellərin boş qalmasında həm də kirayə bağ və rayon evlərinin sayının artması da mühim rol oynayır. Bu evlərin çoxalması otellərin boş qalmasına aparan səbəblərdəndir”.
Qeyd edək ki, statistikaya görə, 2023-cü ilin yanvar-iyun aylarında mehmanxanalardan istifadə 16,6% səviyyəsində olub. Yəni, nömrələrin 83,4%-i boş qalıb.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay