"Quru yol açılmadan turist cəlb etmək mümkünsüzdür” - Natiq Cəfərli
“Turistlərin ölkəyə cəlb edilməsi üçün başqa alternativ yol yoxdur, heç bir ölkə hava nəqliyyatı vasitəsi ilə ölkəyə turist cəlb edə bilməz”.
Bu sözləri Valyuta.az-a iqtisadçı Natiq Cəfərli Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin fikirlərini şərh edərkən deyib.
İqtisadçı bildirib ki, bu mümkün deyil:
“Çünki hava nəqliyyatının tutumluluğu məhduddur. Nə qədər təyyarə uçmalıdır ki, quru yolla keçdiyi qədər turist cəlb edə bilsin. Təyyarə qiymətlərin çox baha olduğunu nəzərə alsaq, bu mümkünsüzdür”.
Natiq Cəfərli bildirib ki, əgər Azərbaycanda turizm doğurdan da prioritet elan edilibsə, bu zaman yeganə yol quru sərhədlərinin açılmasıdır:
“Bunun üçün həm hüquqi əsas yetişib, dünyada pandemiya bitib. Həm epidimioloji vəziyyət yaxşıdır. Azərbaycanda yoluxma demək olar ki, yox səviyyəsindədir. Yəni artıq bunu bəhanə edərək sərhədləri bağlı saxlamaq və turizmin inkişafına mane olan əsas əngəllərdən birinə çevrilib. Çünki pandemiyadan öncə məlumatlara baxanda görürük ki, Azərbaycana quru sərhədlərlə az qala iki milyondan bir az çox insan daxil olub. Təkcə təyyarələrlə bu qədər turistin cəl edilməsi mümkünsüzdür”.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, hazırda ölkəmizdə karantin rejimi olduğu üçün quru yolla gələn turistlərimiz yoxdur, turistlər yalnız hava yolu ilə gələ bilir. Qonşu ölkələrdən sərhədləri piyada keçərək gələn turistləri müvəqqəti olaraq itirilib.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay