Turizm
11.07.2023 / 13:50
Rusiya kurortlarında istirahər kəskin bahalaşıb - QİYMƏTLƏR
30211
Cari mövsümdə Rusiya kurortlarında qiymətlər ümumilikdə 15% bahalaşıb.
Valyuta.az xəbər verir ki, bu barədə Sutochno.ru xidmətinin baş direktoru Yuri Kuznetsov “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.
Ekspert qeyd edib ki, istirahətin ən yüksək qiyməti Novorossiyskdə - 33% artaraq gündəlik 3217 rubla çatıb. Bu rəqəm Lazarevskidə 27% (gündəlik 3740 rubl), Vityazevdə 19% (3248 rubl).
Bu mövsüm ən çox Soçiyə tələbat olub. Populyarlığa görə ikinci yerdə Zelenogradsk, üçüncü yerdə isə Adler qərarlaşıb.
Ötən illə müqayisədə Sevastopolda qiymətlər 7% azalaraq gündəlik 3011 rubl təşkil edib. Yalta 8% (3857 rubl), Yeysk 17% (2771 rubl) bahalaşıb.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay