Rus turistlər üçün Türkiyə Maldivdən daha bahadır
Rusiyalı turistlər üçün Türkiyədə tətil bahalı zövqə çevrilib, çünki yerli turizm sektoru artan inflyasiya və artan xərclər fonunda qiymətləri aşağı sala bilmir.
Valyuta.az xəbər verir ki, bu barədə "Ekonomigazetesi" nəşri yazıb.
Nəşrin yazdığına görə, ölkədə inflyasiyanın kəskin artması fonunda bir il ərzində xərclərin 100% artması Türkiyədə turizm koronavirus pandemiyasından əvvəlki dövrlə müqayisədə çətin günlərini yaşayır. Bundan əlavə, rusiyalı turistlərin axını 1/3-dən çox azalıb. Hazırda Türkiyəyə turların orta qiymətinin 3300-4400 dollar olduğunu nəzərə alsaq, bu ölkədə tətillər Maldiv adalarına nisbətən bahadır.
Bazar iştirakçıları ehtiyat edir ki, turların qiymətlərinin artması səbəbindən təkcə Rusiya deyil, avropalı turistlər də ölkədə istirahətdən imtina etməyə başlaya bilər. Məsələn, aprel ayında Antalyada gündəlik otaq qiyməti keçən ilin eyni dövrü ilə müqayisədə 37,4% artaraq 110 avro təşkil edib. Bundan əlavə, ölkədə inflyasiya İspaniya və Yunanıstandan daha yüksəkdir, buna görə də rus turistlər getdikcə daha çox tətil üçün Misiri seçməyə başlayıblar.
Analitiklər hesab edir ki, turizm sektoru əvvəlcə koronavirus pandemiyası, sonra qlobal tənəzzül, daha sonra isə Ukraynadakı müharibənin nəticələrindən ağır zərbə alıb. Ümumiyyətlə, hər sahədə xərclər artıb, ona görə də turizm nümayəndələri turların qiymətini artırmaqla müəyyən qədər pul qazanmağa çalışırlar.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay