BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
29943

“Azərbaycanda turizm sektorunun ən ağrılı məsələsi, iqtisadiyyatın digər sektorları kimi monopoliyanın olması, inhisarçılıq problemidir. Bu sahə kifayət qədər ölkənin oliqarxları tərəfindən inhisara götürülüb. Məhz elə buna görə də istirahət mərkəzlərinin sayı artsa da, qiymət aşağı düşmür”. 

Bu fikirləri Valyuta.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Azərbaycanda turizm sahəsində olan problemlər haqqında danışarkən deyib.

İqtisadçı bildrib ki, turizmlə məşğul olan sahibkarlar ayrı-ayrı adamlar olsa da, onların tabeçiliyi bir neçə nəfərin şəxsində cəmləşir:

“Ona görə də istirahət mərkəzləri nə qədər çox olsa da, hamısında qiymət təxminən eyni formada mərkəzləşir. Yəni qiymət rəqabətə məruz qalmır. Qqiymət rəqabətə məruz qalmadığına görə də keyfiyyət ildən ilə aşağı düşür. Qiymət isə yavaş-yavaş bahalaşır. Yəni Azərbaycanda digər sahələrdə olan ənənəvi problemlər turizm sahəsinə də şamildir. Dəfələrlə demişik ki, istənilən bazar seqmentində rəqabət olmasa vaxtaşırı qiymətlər bahalaşacaq. Keyfiyyət isə ildən ilə aşağı düşəcək”. 

İqtisadçı əlavə edib ki, qabiliyyəti və imkanı olan hər bir şəxs turizmlə məşğul ola bilsə, bu sahədə problemlər aradan qalxar:

"Məsələn, elə turizm bölgələrimiz var ki, əhali ev turizmindən, yəni evini turistlərə icarəyə verməklə müəyyən vəsait qazanır. Həmin o ev turizm məkanı kimi sənədləşdirilmək olar. Ancaq bizdə vergi işçiləri müəyyən reyd aparır, qeyri-qanuni şəkildə turistləri evində saxlayan vətəndaşları cərimələyir və bununla da işlərini bitmiş hesab edirlər. Halbuki ona elə bir elə şərait yaratmaq olar ki, turizmlə məşğul olan həmin insanlar sənədləşmə aparsınlar, öz fəaliyyətlərini leqallaşdırsınlar, müəyyən məbləğdə vergi ödəsinlər və heç kimə də cərimə ödəməli olmasınlar. Turizmlə məşğul olmaq istəyən sahibkarların hüquqi prosedurlarını çətinləşdiriblər. Hüquqi prosedurdan əlavə onların real işlərində çox ciddi əngəllər yaradıblar və ona görə də ölkədə turizm sektoru nə genişlənmir, nə inkişaf etmir. Bununla yanaşı, deməli, qiymətlər baha, xidmət isə keyfiyyətsiz olaraq qalır”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Fitch Solutions: Azərbaycanda qarşıdakı 10 ildə inflyasiya 5% civarında olacaq

İtaliya avstriyalı milyarderi həbs etmək istəyir

Messi və komanda yoldaşları Bakıya gəlir - Bilet qiymətləri

Daha 408 sahibkar cərimələndi

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin