Hər yerli sakinə 36 turist - Avropanın hansı şəhərləri ən çox ziyarətçi qəbul edib?
Xorvatiyanın Dubrovnik kurort şəhəri bu il ən çox ziyarət edilən turizm məkanı olub. Burda hər yerli sakinə 36 turist düşür.
Valyuta.az "Holidu" axtarış sisteminin araşdırmasına istinadən xəbər verir ki, pandemiya başa çatdıqdan sonra dünyanın hər yerindən turistlər bu yay mövsümündə həmişəkindən daha çox səyahət etməyə can atırlar. Nəticədə bir çox şəhərlərə çox sayda turist üz tutur.
Eyni zamanda, həddindən artıq turizm yerli icmalara təzyiq göstərə bilər, çünki belə şəhərlərin sakinləri tıxaclar, həddindən artıq səs-küy və mənzil qiymətlərinin artması ilə üzləşməyə məcbur olurlar.
İtaliyanın Venesiya şəhəri Avropanın ikinci ən izdihamlı şəhəri olub. Burda hər yerli sakinə 21 turist düşür.
Bruges (Belçika) və Rodosda (Yunanıstan) hər yerli sakinə 21 turist, Reykyavikdə (İslandiya) isə 16 turist düşür.
2023-cü ildə Avropada turistlərin ən çox sıx olduğu şəhərlər:
1. Dubrovnik, Xorvatiya.
2. Venesiya, İtaliya.
3. Bruges, Belçika.
4. Rodos, Yunanıstan.
5. Reykyavik, İslandiya.
6. Florensiya, İtaliya.
7. Heraklion, Yunanıstan.
8. Amsterdam, Hollandiya.
9. Dublin, İrlandiya.
10. Tallinn, Estoniya.
Qeyd edək ki, Adriatik dənizinin sahilində yerləşən məşhur Dubrovnik liman şəhəridir. Şəhər çimərlik həvəskarlarını cəlb edir. Burada təkcə əla çimərliklər və isti dənizlər deyil, həm də çoxlu sayda günəşli günlər var.
Digər tərəfdən, Dubrovnikin mədəniyyət və tarix baxımından qonaqlarına təklif edə biləcəyi çox şey var - dənizin üstündəki sıldırım bir burun üzərində yerləşən köhnə şəhər UNESCO-nun dünya irsi siyahısındadır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay