Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ölkənin 2022-ci il turizm nəticələrini açıqladı
Türkiyə, pandemiyadan sonra böyük bir geri dönüş ilə 2022-ci il üçün turizm nəticələrini və növbəti 5 il üçün strategiyasını açıqladı.
Türkiyə Gömrük İdarəsinin məlumatına əsasən, Türkiyənin 2022-ci ildə qəbul etdiyi turist sayı 51,4 milyonu keçərək, pandemiyadan əvvəlki 2019-cu ilin rekord göstəricisi olan 51,8 milyonun 99%-ni təşkil edib. Bu rəqəmlə Türkiyə dünyanın 3-cü ən böyük turizm bazarı oldu.
Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, bu gün ölkənin 2022-ci il üçün olan turizm göstəricilərini açıqlayıb. Ersoy bildirir: “2022-ci ilin sonuna qədər qlobal turizmin ziyarətçi məlumatları pandemiyadan əvvəlki dövrlə müqayisədə 65% bərpa olunub, lakin Türkiyə demək olar ki pandemiyadan əvvəlki rəqəmlərə çatıb. Turizm gəlirlərindəki artım daha da qənaətbəxşdir; belə ki, 2022-ci ildə Türkiyənin turizm gəlirləri 2019-cu illə müqayisədə 19% artımla rekord qıraraq 46,3 milyard dollara çatıb. Bu nəticələr pandemiyadan sonra Türkiyənin böyük bir geri dönüş etdiyini təsdiqləyir və 2028-ci ilin sonuna qədər 90 milyon turist gətirəcəyimizə və 100 milyard dollar turizm gəliri əldə edəcəyimizə inanırıq” deyə qeyd edib.
“Türkiyə qlobal tanınma fəaliyyətlərini artıracaq və dayanıqlılığa diqqət yetirəcək”
Mehmet Nuri Ersoy sözlərinə belə davam edib: “Növbəti 5 ildə hədəflərimizə çatmaq üçün bazarın çeşidləndirilməsinə, müəyyən bölgələrimizin və məhsullarımızın qlobal tanınmasına və brendləşməsinə, dayanıqlı turizm ekosisteminin yaradılmasına diqqət yetirəcəyik. Türkiyə, Qlobal Dayanıqlı Turizm Şurası (GSTC) ilə hökumət səviyyəsində əməkdaşlıq müqaviləsi imzalayan ilk ölkədir. Qlobal Dayanıqlı Turizm Şurası ilə müqaviləmizdə, 2030-cu ilin sonuna qədər 3 addımlı plan nəzərdə tutulur və bu vaxta qədər ölkəmiz 100% dayanıqlı turizm ekosisteminə sahib olacaq. Brendləşmə və qlobal tanınma fəaliyyətlərimiz ildən-ilə artacaq və 2028-ci ilin sonuna qədər ölkəmizin bütün turizm və mədəniyyət təkliflərini dünyaya təqdim edən ümumi 9 destinasiya və 20 məhsuldan ibarət olan alt brendimiz olacaq. Kommunikasiyada müxtəlifliyi və dayanıqlılığı davam etdirərək, 2028-ci ilə qədər 225 milyon dollarlıq satış kommunikasiyası büdcəsi ilə fəaliyyət göstərəcəyik”.
Türkiyə turizmin təşviqi fəaliyyətlərində müəyyən sahələrə diqqət yetirəcək; İnanc, Qastronomiya, Velosiped Turizminə xüsusi diqqət yetirməklə İdman Turizmi və MICE əsas diqqət çəkən məqamlar olacaq.
Türkiyə ilin 12 ayı ərzində 81 şəhərində turizm təchizatını çeşidləndirməklə yanaşı, Sağlamlıq Turizminə də diqqət yetirəcək. Arxeoloji cazibə nöqtələri yaradan Türkiyə, dünyanın ən qədim Neolit abidəsi olan Taş Tepeler bölgəsində arxeoloji qazıntıları davam etdirəcək, İzmirdə və Likya Yolu daxilində Side-Antalya, Göreme-Kapadokiya, Bergama və Asklepion ərazilərində yeni arxeoloji parklar açacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay