BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
21956

Dövlət Turizm Agentliyi (DTA) yeni nəsil koronavirus (COVID-19) pandemiyasını və regional məsələləri nəzərə alaraq yeni rəqabət şəraitində ənənəvi bazarlarla yanaşı digər bazarlarda da təbliğat və marketinq işlərini gücləndirməyə qərar verib.

Bunu “Report”a açıqlamasında DTA-nın sədrinin müşaviri Kənan Quluzadə bildirib.

K.Quluzadənin sözlərinə görə, bir sıra ölkələrlə aviareyslərin sayının artırılması nəzərdə tutulur:

“Burada həm bizim milli aviadaşıyıcımızın, həm də həmin ölkələrə məxsus aviaşirkətlərin reyslərinin artırılmasından söhbət gedir. Bu baxımdan yay mövsümü üçün yeniliklər etməyi düşünürük.

Bizim nəzərdə tutduğumuz həmin bazarlar Yaxın Şərq və Cənubi Asiya regionudur. Əlbəttə ki, ənənəvi bazarlar yerindədir. Yaxın Şərq dedikdə əsas prioritetlərimiz İsrail, Səudiyyə Ərəbistanı, Qatar, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və digər ölkələrdir. Cənubi Asiya dedikdə isə Hindistan və Pakistanı nəzərdə tuturuq.

Hazırda uçuşlar mövcud olan bir sıra ölkələrə olan reyslərin sayının artırılması, həmçinin bəzi ölkələrə isə uçuşlara start verilməsi nəzərdə tutulur. Bu baxımdan Səudiyyə Ərəbistanına olan reyslərin 2 dəfə artırılması nəzərdə tutulur. BƏƏ-dən Azərbaycana hazırda həftədə 36 reys həyata keçirilir və biz bunun da artırılmasını planlaşdırırıq. Əsas məqsəd coğrafiyamızı genişləndirmək, artan rəqabət şəraitində davamlı inkişafı təmin etmək, pandemiyadan əvvəlki göstəricilərə yaxınlaşmaqdır”.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev isə hesab edir ki, ötən gün DTA ilə turizm sektorunun nümayəndələri arasında keçirilən görüş sektorun inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır:

“Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə təşkil edilən və 3 saatdan artıq davam edən görüşü tarixi görüş adlandırardım. Biz daha çox hədəfləri, dövlət-özəl sektoru əməkdaşlığını, ümumi problemlərin birgə həlli məsələlərini müzakirə etdik.

Bu il bizim üçün hədəf ölkələr sırasında Yaponiya, Çin, Cənubi Koreya kimi ölkələrdir. Həmçinin türkdilli ölkələrin ortaq turizm marşrutu da var. Qazaxıstan və Özbəkistan kimi ölkələrdən istər sağlamlıq turizmi, istərsə də digər məqsədlərlə gələn turistlərin artırılması istiqamətində işlər aparırıq. Həmçinin Avropa ölkələrindən olan turistlər də bizim üçün əhəmiyyətlidir.

Bizə maraqlı olan məsələlərdən biri də xarici aviaşirkətlərin Azərbaycana uçuşuna şəraitin yaradılması, onların həvəsləndirilməsi, nümunəvi xidmət, “Turizm haqqında" Qanunun təsdiqindən sonra əməkdaşlıq imkanları və rəqabətqabiliyyətli məhsulların yaradılmasıdır. Ümid edirəm ki, bu dəyişikliklər ilin sonuna qədər bizim turizm statistikamızda da öz əksini tapacaq”.

Turizm üzrə ekspert Aqil Ağalarov isə hesab edir ki, Azərbaycanın pandemiyadan öncəki göstəriciləri bərpa etmək üçün imkanlar yaranıb və bu imkanlardan maksimum yararlanmaq lazımdır:

“Hazırda Hindistan və Pakistan kimi Asiya ölkələrindən Azərbaycana gələnlərin sayı artmaqdadır. Təbii ki, İrandan da ölkəmizə səfər edənlərin sayında artım müşahidə edirik. İranla yanaşı Rusiya və Türkiyədən gələnlərin də sayında kəskin artım var. Təbii ki, Rusiyanın Ukraynada apardığı müharibənin təsiri nəticəsində bu ölkədən də Azərbaycana axınların sayı artır.

Hesab edirəm ki, bu çox yaxşı haldır və Yaxın Şərq, həmçinin Asiya ölkələrindən gələn turistlərin artırılması istiqamətində atılan addımların əhatə dairəsini genişləndirmək lazımdır. Bunun üçün isə ilk olaraq ölkəmizdə olan turizm infrastrukturu dünya ölkələrində tanıtmaq lazımdır. Xüsusən də azad edilmiş ərazilərimizin yüksək turizm potensialı bizə imkan verir ki, ölkəmizə təşrif buyuran qonaqlarımız rahat qarşılayaq, həmçinin onların təkrar Azərbaycana dönməsini təmin edək”.

Qeyd edək ki, ötən gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yay turizm mövsümü üzrə hazırlıqlarla bağlı turizm sənayesinin nümayəndələri ilə görüş keçirilib. Tədbirdə çıxış edən DTA-nın sədri Fuad Nağıyev bildirib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana gələn turistlərin sayı 2 dəfə artıb.

O, həmçinin ölkəmizə uçuşların sayının artırılması, daha çox ölkə ilə vizasız gediş-gəliş, sərhədkeçmə prosedurlarının asanlaşdırılması kimi amillərin gəlmə turizmi üçün xüsusilə vacib olduğunu qeyd edib.

Görüşdə yay mövsümü üçün İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər kimi Yaxın Şərq ölkələri, eləcə də Hindistan və Pakistan kimi Asiya ölkələrinin hədəf ölkələr seçildiyi, bu ölkələr üzrə aktiv marketinq tədbirlərinin aparıldığı qeyd olunub. Bildirilib ki, hazırda İsraillə həftədə 7 dəfə, Səudiyyə Ərəbistanı ilə 13 dəfə, BƏƏ ilə 36 dəfə, Küveyt və Qətərlə isə 7 dəfə olan birbaşa uçuşların yay mövsümü üçün daha da artırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bakı ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlər reytinqində 3-cü yerdədir

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Almaniyada “Adidas” və “Nike” şirkətləri arasında apelyasiya prosesi başladı

Şərqi Zəngəzur zonasında 2026-cı ilə qədər 3 şəhər, 29 kənd və 5 qəsəbənin salınması planlaşdırılır

Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzi cərimələnə bilər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı (YENİLƏNİB)

Təhsil haqqı dövlət tərəfindən ödənilən insanların əhatə dairəsi genişləndiriləcək

Reuters: Kanada Airbus-a Rusiya titanından istifadə etməyə icazə verdi

Sadıq Japarov: "Azərbaycan parlaq gələcəyini inamla qurur"

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin