Bu ölkə aprelin 1-dən turistlər üçün sərhədləri açacaq
Malayziya aprelin 1-dən tam peyvənd olunmuş turistlər üçün sərhədləri açacaq.
Valyuta.az xəbər verir ki, bu barədə “The Malaysian Reserve” nəşri ölkənin səhiyyə naziri Hayri Camaluddin Abu Bakara istinadla məlumat yayıb.
O bildirib ki, ölkəyə gələn bütün turistlər “MySejahtera” əlavəsində qeydiyyatdan keçməli və uçuşadək 48 saat ərzində qüvvədə olan PCR testi barədə arayış təqdim etməlidirlər. Onlar, həmçinin ölkəyə gəldikdən sonra 24 saat ərzində növbəti PCR testi verməlidirlər.
Nazir qeyd edib ki, sutka ərzində COVID-19 yoxlamasından keçməyənləri deportasiya da daxil olmaqla ciddi cəza gözləyir.
Qeyd edək ki, yeni qaydalar yalnız koronavirusa qarşı tam peyvənd olunmuş turistlərə aiddir. Bununla yanaşı, Malayziya tərəfindən qəbul edilən peyvəndlərin siyahısının da mütəmadi şəkildə yeniləcəyi bildirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay