Azərbaycan Gürcüstanla birgə müştərək turizm marşrutu yaradır
"Mədəni turizm marşrutlarının yaradılması ilə bağlı işlər görürük. Bu istiqamətdə Gürcüstanla birgə "Əli-Nino" turizm marşrutu hazırlayırıq".
Valyuta.az xəbər verir ki, bunu “Report”a Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosunun (ATB) nümayəndəsi Şərifə Həsənova bildirib.
O vurğulayıb ki, bu layihəni Gürcüstanla birgə hazırlayırıq:
““Əli-Nino" həm Azərbaycanın, həm də Gürcüstanın müəyyən ünsürlərini birləşdirir. Layihəni həyata keçirtməkdə məqsədimiz Avropadan gələn turistlər üçün həm Azərbaycana, həm Gürcüstana səyahət etmək şansı yaratmaqdır. Çünki avropalı turistlər adətən Qafqaz ölkələrini bir turizm marşrutunda görmək istəyirlər. Bu marşrutla turistlər Azərbaycanda Bakını, Gəncəni gələcəkdə isə Şuşanı görmək şansı əldə edəcəklər. Gürcüstanda səyahət ediləcək yerləri isə Gürcüstan tərəfi hazırlayır və əsas istiqamət Tibilisi olacaq. “Əli-Nino” turizm marşrutu bu il üçün nəzərdə tutulur. Hazırda layihənin üzərində işlər aparılır”.
Ş.Həsənova deyib ki, növbəti il üçün hədəflərimizdən biri müştərək turizm marşrutların yaradılmasıdır:
“Avropalı turistlər Qafqazı ümumi bir yerdə görmək istəyirlər ona görə bu cür turizm marşrutlarına ehtiyac var”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay