BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8109
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.0991
16527

Azərbaycan istirahət üçün bahalı məkana çevrilib. Pandemiya səbəbindən xaricə istirahətə gedə bilməyən Azərbaycan vətəndaşları bölgələrimizə üz tutmağa başlayıb və onların sayında xeyli artım var. 

2019-cu ildə Azərbaycan əhalisinin yarıdan çoxu, yəni təqribən 5 milyon nəfərdən çoxu xaricə səfər etmişdisə, ondan sonrakə dövrdə bu qərəm 2 dəfə azalıb. Əlbəttə ki, buna pandemiya ilə əlaqədar olaraq bəzi ölkələrin giriş-çıxışına qoyulan məhdudiyyətlər səbədir. Bu baxımdan insanlar istirahət üçün regionlara və yerli turizm məkanlarına üz tutur.

Amma yollandıqları  istirahət mərkəzlərində “cib yandıran” qiymətlərlə rastlaşırlar. Son vaxtlar ictimaiyyətdə də bununla bağlı narazılıqlar baş qaldırıb.

İstirahətə gedən  vətəndaşlar qiymətlərin baha, xidmətin isə keyfiyyətsiz olduğundan gileylənirlər. Hansı ki, rayonlardan birində 3 günlük istirahətlərinə xərclədikləri pulla qonşu ölkələrdən birində rahat bir həftə dincəlmək mümkündür. Bölgələrə səfər edənlərin, dincəlmək üçün daxili turlarımıza üz tutanların çox olduğu bir vaxtda qiymətlərin “ceyran belində” olması hər kəsi düşündürür.

 

Rəqabət mühiti formalaşmalıdır

Valyuta.az xəbər verir ki, turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov Bizim.Media-ya açıqlamasında istirahət üçün regionlara üz tutanların sayında artımın səbəbini tələbatın çoxluğu ilə əlaqələndirib:

“Buna həm də bu il pandemiya ilə bağlı qadağaların azlığı rəvac verib. Ölkədə istirahət zonaları daha doluluqla çalışır. Xüsusən həftə sonları yerli turizm məkanlarında sıxlıq müşahidə olunur. Bu da bəzi vətəndaşlarımızın haqlı narazılıqlarına səbəb olur ki, çox sıxlıqdır və qiymətlər də bahadır. Kommersiya müəssiələri isə bu sıxlığı nəzərə alaraq, qiymətləri qaldırırlar. Bir oteldə yerləşmək üçün daha çox insan müraciət edirsə, otel də o seçimə nəzərən qiymətləri yüksəldir. Çünki onun üçün mövsümdür, xüsusilə həftə sonları və qeyri-iş günlərində qiymətlər daha yüksək olur. Bu isə böyük otel və ya restoranlara üz tutan bir ailə büdcəsi üçün nisbətən baha başa gəlir. Təbii ki, bu da bir qism insanlarımız üçün əlverişli deyil”.

 

Xidmətlərdə axsama var

 

Ekspert hesab edir ki, qiyməti və xidməti tənzimləmək üçün rəqabət mühiti formalaşmalıdır: 

“Etiraf etmək lazımdır ki, xidmətlərdə axsama var. Xüsusilə regionlarımızda olan turistik məkanlar mövsümi xarakterdə çalışır və orada peşəkar kadr çatışmazlığı var. Ona görə də peşəkar xidmətdə müəyyən çatışmazlıqlar özünü biruzə verir. Bunun bir neçə alternativ yolları var. Azərbaycan otellərində qiymətləri tarazlayan rəqabət mexanizmi olmalıdır. Hər bir biznes subyektinə rəqabət açıq olmalıdır ki, vətəndaşlarımız daha çox alternativlər əldə edə bilsin. Yəni vətəndaş istirahət üçün gedəndə onun seçimində bir neçə yox, onlarla otel olsun. Belə olarsa, qiymətlər büdcəmizə uyğun olacaq”. 

 

Kirayə ev götürün!

Ceyhun Aşırovun fikrincə, qısa zaman kəsiyində bunun həll edilməsi üçün daha rahat rəqabət mühiti yaradılmalıdır:

“Həmçinin yeni yerləşdirmə mərkəzləri, ictimai iaşə obyektləri açılmalıdır. İkinci alternativ variant vətəndaşlarımıza daha ucuz başa gələn kənd evlərinin bu zəncirə qoşulmasıdır. Otellər bahadırsa, bütöv ailə daha ucuz evlərdə qala bilər. Məsələn otelin ən azı iki otağına sığan ailə kirayə evi götürərsə, bu, ona daha sərfəli başa gələ bilər. Ona görə tövsiyə olunur ki, yerli bölgələrimiz öz evlərini müəyyən standartlara gətirərək turistlər üçün təklif eləsinlər. Öz evini təklif edənlər həm müəyyən maraq əldə edərlər,  həm də yerli turistlərimiz alternativ olaraq daha ucuz və keyfiyyətli qalma yeri seçərlər. Amma hazırki qiymət yüksəkliyi və xidmətin qənaətbəxş olmaması tələbatın artımı ilə əlaqədardır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Neta" ən sürətli enerji dolduran hibridi təqdim edəcək (FOTO)

“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?

Cənubi Koreyada saniyələr ərzində enerji yığa bilən batareya yaradıldı

Gömrük komitəsi “Yeni Texnologiyalar”a protokol yazdı

Lotoreyada qazanmağın yolu nədən keçir? - Ekspert məsləhəti

Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi

"Azərsu" məhkəmə qarşısında

"Kia" ilk yük maşınının şəklini yayımladı

Çin son il yarımda ilk dəfə Rusiyaya avadanlıq tədarükünü azaldıb

"Nakhısh" MTK-ya 2 protokol tərtib edildi

Belarus dost olmayan ölkə vətəndaşlarına dividentlərin ödənilməsini məhdudlaşdırdı

Putindən Şoyquya qədər - Fransız şirkəti Rusiya hökumət təyyarələrini təchiz edir

Tanınmış iş adamının şirkəti məhkəmə qarşısında

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırdı

"Tesla" avtomobillərinin qiymətləri endirildi

Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi

Bavariyada otellər və restoranlar kütləvi şəkildə bağlanır: "Hökumətdən artıq heç nə gözləmirik"

Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır

"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı (FOTO)

ADA-da COP29-la bağlı forum keçirildi, Prezident iştirak etdi (YENİLƏNİB)

Bakıda məşhur həkim klinikasını satışa çıxardı (FOTO)

Sığorta ödənişinin verilməsi qaydası dəyişib

İsveçrədə Rusiyanın nə qədər aktivinin bloklandığı açıqlandı

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək ®

"İnter Pazarlama" məhkəmə qarşısında

Xankəndidə ilk körpə doğuldu (FOTO)

Xankəndidə ilk körpə doğuldu (FOTO)

JPCERT: Dünyada 200 mindən çox sayt təhlükə qarşısındadır

Xəzərdə yaradılacaq yeni adalar ölkənin hansı iqtisadi potensialına təsir edəcək? (ŞƏRH)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin