Gürcüstana avtomobillə gedən turistlər üçün - ŞƏRTLƏR
Gürcüstan hökuməti ölkəyə quru sərhədləri vasitəsilə, avtomobillə daxil olacaq şəxslər üçün yeni şərtlər irəli sürüb.
Valyuta.az Fed.az-a istinadən xəbər verir ki, Gürcüstana quru yolu ilə gələcək şəxslərdən son 72 saat ərzində götürülən koronavirus testinin mənfi nəticəsini təsdiqləyən arayış mütləq tələb olunacaq.
Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Koronavirus əleyhinə vaksinin hər iki dozasını vurduran şəxslərin də həmin arayışı təqdim etməli olacaqlarını bildirən A.Qamkrelidze deyib:
“Arayış olmadan quru sərhədləri ilə Gürcüstan ərazisinə gəlməyə icazə verilməyəcək”.
Mərkəz rəhbəri qeyd edib ki, quru sərhədlərinin açılması ilə Gürcüstana yollanacaq ziyarətçilərin sayı artacaq və bu da yoluxma hallarının artmasına səbəb ola bilər:
“Buna görə də biz çox ehtiyatlı olmalıyıq. Ölkəyə səfər edəcək şəxslərə vaxtaşırı tibbi müayinədən keçmək də tövsiyə ediləcək”.
Qeyd edək ki, Gürcüstan iyunun 1-dən quru sərhədlərini xarici vətəndaşlar üçün açacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay