BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
9180

Tanınmış bloger Mehman Hüseynovun dron əldə etdiyinə görə saxlanılması məsələsi sözügedən cihazdan istifadə məsələsini yenidən gündəmə gətirib.

Valyuta.Az xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz drondan istifadə qaydalarına aydınlıq gətirib. O bildirib ki, hazırda ölkəmizdə mülki silah və ya hansısa partladıcılardan istifadəyə icazə qaydası ilə dronlardan istifadə qaydası eynidir: "Daxili İşlər Nazirliyi dünən bloger Mehman Hüseynovun saxlanılması səbəbinin dronla bağlı olduğunu bildirib. Ondan 1 ədəd dron aparatının götürüldüyünü açıqlayıb.

Dronla bağlı qanunvericilik necədir?

Ölkəmizdə dronlardan istifadəyə məhdudiyyətlər qoyulub. Dronlar qanunvericiliklə mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına daxil edilib.

Nə qədər qəribə olsa da, bizim ölkəmizdə dronların dövriyyəsinə icazə qaydası hansısa silah və partladıcı vasitələrin, kosmik vasitələrin, pul çap edən avadanlıqlardan istifadə prosedurası ilə eynigüclüdür. Bu qaydalar kifayət qədər sərtdir. Hər bir xüsusi avadanlıqdan icazəyə konkret dövlət qurumu və ya qurumları cavabdehdir, onların siyahısı təsdiqlənib.

Donların ölkəmizdə ayrıca hər hansı qeydiyyat və istifadə qaydası indiyədək yoxdur.

Dron gətirmək üçün mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına uyğun olaraq, 6 dövlət qurumundan icazə alınmalıdır. Bunlar NRYTN-in Dövlət Mülki Aviasiya Administrasiyası, XDMX, DTX, DSX, MN və DİN-dir.

Cinayət Məcəlləsinin 156-cı maddəsində şəxsi həyatın pozulması maddəsində dronlardan istifadəyə görə məsuliyyət nəzərdə tutulub".

Onun sözlərinə görə, MDB məkanına daxil olan ölkələrin əksəriyyətində, inkişaf etmiş ölkələrin hamısında dronların qeydiyyatı və istifadəsi qaydaları var: "Avropa Birliyinin də bununla bağlı bəlli tövsiyəsi var. Bizim tərəfimizdən də hökumətə bu sahədə qaydaların hazırlanması üçün müraciətlər edilib. Hələlik bu istiqamətdə irəliləyiş hiss olunmur.

Azərbaycanın indiki inkişaf səviyyəsi, həm də bu sahədə baş verənlər bir daha göstərir ki, belə bir qaydaların hazırlanması çox vacibdir.

Ümid edirəm ki, NRYTN belə bir qaydaların layihəsini hazırlayıb hökumətə təqdim edəcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?

Ankarada Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası keçirildi (FOTO)

“Premium Bank”ın aktivləri 10 milyon manata yaxın azalıb

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Deputat

Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır (VİDEO)

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

EBRD Azərbaycan üzrə investisiya portfelini 40 mln. avro artırıb

Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu

Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu

Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA + VİDEO

3 ayda Energetika Nazirliyinə 2 mindən çox müraciət daxil olub

Avro və lirə ucuzlaşıb – Məzənnə

Azərbaycan neftinin qiyməti 3 dollar ucuzlaşıb

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb

Planetin ən təmiz havası bu bölgədədir – Səbəbi bəlli oldu

Neftin qiyməti 130 dollara qalxa bilər - Səbəb nədir?

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir

Yemək və içki həvəskarları üçün Avropanın ən yaxşı şəhərləri (SİYAHI)

Tək səyahət etmək istəyən turistlər üçün 10 qızıl qayda (SİYAHI)

Rusiya əleyhinə sanksiyalar nə qədər davam edəcək? - İqtisadçının təxmini

Maliyyə Nazirliyi rusiyalılara 2024-cü ildə qənaətin yollarını öyrədir

Rusiya qazının avropalı alıcıları siyahısında lider dəyişib

İcra hakimiyyətinin tenderində qanun pozuntusu

"Raiffeisen Bank" ECB-nin Rusiya biznesinin azaldılmasını sürətləndirəcək

Gömrük Komitəsi “Bion Medical”a protokol yazdı

70 dezinformasiya mənbəyi - Kreml Ukraynaya yardımı zəiflətmək üçün nə edir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin