Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib

Redaktor

30.04.2025 11:53
203

Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib

Nazirlər Kabineti ölkə Prezidentinin “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” 19 mart 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib. 

Valyuta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb. 

Sərəncama əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.1-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2026-cı il iyulun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə Tədbirlər Planının 8.1.3-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2027-ci il iyulun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Tədbirlər Planının 8.1.4-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2027-ci il iyulun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməlidir. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsini təmin etmək məqsədilə 6 ay müddətində mövcud rəqəmsal resurslar əsasında sənədin icrasının monitorinqi və hesabatlılıq modulunu formalaşdırmalı, növbəti ildən işlərini həmin modul üzərindən həyata keçirməli, Layihə İdarəetməsi Modulunda Strategiyada nəzərdə tutulmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), layihələrlə əlaqədar icra müddətləri (illər üzrə bölgüsü), maliyyə və texniki-iqtisadi əsaslandırmalar, smeta sənədləri, maliyyə vəsaitinin ayrılması, satınalma müqavilələrinin bağlanılması barədə məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti təsdiqedici sənədləri təmin edən və hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılmasını təmin etməli, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları ildə 1 dəfə, hər il fevralın 28-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, Modulun yaradılması və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin monitorinqi və qiymətləndirilməsi ilə bağlı xərclərin Mərkəzin növbəti illər üçün büdcəsində nəzərə alınması məqsədilə tədbirlər görməlidir. 

Strategiyada nəzərdə tutulmuş tədbirlər üzrə əsas icraçı orqanlar (qurumlar) müavinlərindən ibarət məsul şəxsləri təyin edərək onlar barədə məlumat 10 gün müddətində Nazirlər Kabinetinə təqdim etməli, Strategiyada nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəriciləri də müəyyən edilməklə illər üzrə bölgüsünü 1 ay müddətində Mərkəzlə razılaşdırılmış indikatorlar cədvəlinin nümunəvi formasına uyğun hazırlayaraq Nazirlər Kabinetinə təqdim etməli, ayda 1 dəfə növbəti ayın 15-nə qədər, ilin yekunları barədə məlumatların isə hər il yanvarın 25-nə qədər Modulda yerləşdirilməsini təmin etməlidirlər. 

Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi və Strategiyanın icrasına məsul orqanlar (qurumlar) Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər üzrə layihələrin ilkin ümumi dəyəri, dövlət büdcəsindən ayrılmış və istifadə olunmuş vəsait barədə məlumatların (Mərkəzin təqdim etdiyi formaya uyğun olaraq) hər növbəti rübün birinci ayının 5-nə qədər Modulda yerləşdirilməsini təmin etməlidir. 

5. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi məqsədilə rəhbəri Nazirlər Kabineti Aparatının rəhbəri olmaqla, bu Sərəncamın 3.1-ci bəndində nəzərdə tutulmuş məsul şəxslərdən və Mərkəzin nümayəndəsindən ibarət İşçi qrup formalaşdırılmalı, onun fəaliyyətinə dair ildə 2 dəfədən az olmayaraq iclasın keçirilməsi təmin edilməlidir. 

Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının rəhbərinə və aparatın Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinə tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...