Stiv Cobsun uğurlu biznes üçün parlaq &quot;resepti&quot; - <span style="color:#008000">SƏHƏR OXUSU</span>

Redaktor

30.04.2025 08:30
206

Stiv Cobsun uğurlu biznes üçün parlaq "resepti" - SƏHƏR OXUSU

"Apple" şirkətinin banisi Stiv Cobsun illər əvvəl söylədiyi bir sitat hələ də biznes dünyasında aktual qalır. 

Valyuta.az İnc.com-a istinadən xəbər verir ki, Cobs müştəri ehtiyaclarını anlamaq üçün fokus qruplardan deyil, intuisiya və vizyon əsaslı yanaşmanı üstün tutub.

Stiv Cobsun məşhur ifadəsi belədir:

"Fokus qruplarla məhsul hazırlamaq çox çətindir. İnsanlar nə istədiklərini, onlara göstərilənə qədər bilmirlər".

Onun biznes yanaşması məhsulun texniki imkanlarından deyil, müştəri təcrübəsindən başlayır və texnologiyaya doğru geriyə işləyirdi. Cobs bunu belə izah edirdi:

"İşi texnologiyadan deyil, müştəri təcrübəsindən başlamaq lazımdır. Həqiqətən möhtəşəm məhsullar, texnologiya baxışı ilə müştəri baxışının birləşməsindən yaranır. Hər ikisi lazımdır".

Stiv Cobs insanların ehtiyaclarını başqalarından əvvəl hiss edə bilirdi, lakin bu, asan yol deyildi. Onun fəlsəfəsinin əsas nüvəsi belə idi:

"Başqalarının fikirlərinin səsi, sizin daxili səsinizi boğmasın. Ürəyinizi və intuisiya hissinizi izləməyə cəsarətiniz olsun".

Cobsun bu yanaşması, kollektiv düşüncənin kompromis və "ortaq məxrəcə gəlmək" vərdişini tənqid edir. "Pinterest"in həmtəsisçisi Ben Silbermann da bu fikri təsdiqləyərək demişdi:

"Çoxlu məsləhətə qulaq asmayın. Yəni ideyaları eşitmək faydalı ola bilər, lakin öz baxışınızı reallaşdırmaq əsasdır".

Bu yanaşmanı musiqi sahəsində də görmək mümkündür. "Ghost" qrupunun lideri Tobias Forc sosial şəbəkələrin səs-küyündən uzaq duraraq, öz roluna və işinə fokuslandığını bildirib. Onun fikrincə:

"Sosial media çoxlarına dünyanı dəyişdirə biləcəklərinə dair yalançı bir inam verdi. Həmçinin bir çoxlarına, sanki hər halda səslərinin əhəmiyyəti olduğu illüziyası yaşatdı".

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...