Redaktor
"iPhone XX" gəlir? - "Apple"dan "iPhone"un 20 illiyi üçün iddialı planlar
2017-ci ildə təqdim etdiyi "iPhone X" modeli ilə texnologiya dünyasında yeni bir səhifə açan "Apple" "iPhone"un 20 illiyi üçün eyni dərəcədə təəccübləndirici modellərlə qeyd etməyi planlaşdırır. İki il sonra "iPhone XX" adında fərqli və radikal bir model görsəniz, təəccüblənməyin!
Valyuta.az xəbər verir ki, "iPhone 17" seriyasının təqdimatı hələ gözlənilərkən, texnologiya dairələrinin diqqəti artıq 2027-ci ildə baş tutacaq böyük yubiley buraxılışına yönəlib. Şirkətin bu tarix üçün təəccüblü yeniliklər və böyük dizayn dəyişiklikləri planlaşdırdığına dair məlumatlar, texnoloji dairələrdə ciddi maraq doğurub.
"iPhone 17" seriyasından "iPhone 19 Pro"ya qədər gözləntilər
Məlumatlara görə, bu il təqdim olunacaq "iPhone 17" seriyasında innovativ kamera modulu, inkişaf etdirilmiş ön kamera, "Apple" şirkətinin özünün hazırladığı Wi-Fi çipi və ultra nazik "iPhone 17 Air" modeli kimi xüsusiyyətlər olacaq. Bununla yanaşı, gələn ilki modellərdə C2 5G modemi və ekranaltı "Face ID" texnologiyası da yer ala bilər.
Lakin texnologiya analitikləri 2027-ci ildə təqdim olunacaq "iPhone 19 Pro" modellərinin daha cəsarətli dəyişikliklərə sahib olacağını bildirirlər.
Cəsarətli yeniliklər və böyük dizayn dəyişikliyi
"Bloomberg" analitiki Mark Qurman-ın verdiyi məlumata əsasən, "Apple" 20 illik yubiley üçün tamamilə yeni dizayn yanaşması ilə çıxış etməyə hazırlaşır. Şirkət qatlanan ekranlı "iPhone" modeli və şüşə materialın daha geniş istifadə olunduğu cəsur bir "iPhone Pro" dizaynını bazara çıxarmağı planlaşdırır. Əgər bu məlumatlar təsdiqlənərsə, 2027-ci ildə tamamilə şüşədən hazırlanmış bir "iPhone" modeli reallığa çevrilə bilər.
"Apple" əvvəllər də mühüm mərhələləri yenilikçi modellərlə qeyd etmişdi. Məsələn, "iPhone"un 10-cu ildönümündə buraxılan "iPhone X" məşhur əsas ekran düyməsinin ləğvi, "Touch ID" yerinə "Face ID"nin təqdimatı və tam sensor əsaslı dizaynla yeni bir dövrə başlamışdı. Həmin vaxt şirkət "iPhone 9" modelini keçərək birbaşa “X” (10) adlandırmasına keçmişdi. Bənzər yanaşmanın 20-ci ildönümdə də tətbiq olunaraq “iPhone 19” əvəzinə “iPhone XX” adının seçilməsi mümkündür.
"iPhone"un 2027 modelinə dair gözləntilər
2027-ci il modelləri haqqında məlumatlar hələ məhdud olsa da, "Apple"ın yenidən inqilabi yanaşma ilə istifadəçiləri təəccübləndirəcəyinə dair güclü siqnallar mövcuddur. Qatlanan ekranlı "iPhone" və tamamilə şüşədən ibarət futuristik dizayn, şirkətin texnologiya sahəsindəki lider mövqeyini daha da gücləndirə bilər.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPoçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025