Redaktor
Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında
“Pew Research” mərkəzinin ötən ay dərc etdiyi genişmiqyaslı sorğusuna əsasən, süni intellektin sürətli inkişafı nəticəsində ən böyük risk altında olan peşələr “kassirlər”, “jurnalistlər” və “zavod işçiləri”dir.
Valyuta.az xəbər verir ki, sorğu 2023 və 2024-cü illərdə süni intellekt sahəsinə həsr olunmuş 21 beynəlxalq konfransda iştirak edən 1 000-dən çox mütəxəssis və ABŞ ərazisində yaşayan 5 min 400-dən çox vətəndaş arasında aparılıb.
Həm Sİ mütəxəssisləri, həm də ictimaiyyət bu peşələrin yaxın 20 ildə süni intellekt texnologiyaları tərəfindən əvəzlənəcəyini düşünür. Mütəxəssislərin 73 faizi “kassir”, 60 faizi “jurnalist”, ictimaiyyətin isə 67 faizi “zavod işçiləri” peşələrinin təhlükə altında olduğunu bildirib.
Kassirlər: avtomatlaşdırmanın ön cəbhəsində
“Kassir” peşəsi avtomatlaşdırmanın ən açıq təsir etdiyi sahələrdən biridir. Böyük pərakəndə satış şəbəkələri artıq kütləvi şəkildə özünəxidmət kassaları və mobil ödəniş sistemlərinə keçid edir. ABŞ-da 2024-cü ilin sonunda aparılan araşdırmalara əsasən, bu ölkədə böyük ticarət obyektlərinin 65 faizi ən azı bir filialında tam avtomatlaşdırılan kassalardan istifadə edir.
Jurnalistlər: süni intellektin media sektoruna təsiri artır
“Jurnalistika” sahəsi də avtomatlaşdırmanın təsirindən kənarda qalmayıb. “OpenAI”, “Google” və “Microsoft” kimi şirkətlər tərəfindən hazırlanan alqoritmlər artıq xəbər mətnləri yazmaq, başlıqlar formalaşdırmaq və redaktə işlərini yerinə yetirmək gücünə malikdir. “Reuters Institute”un 2024-cü il hesabatına görə, media orqanlarının 28% xəbər hazırlanması prosesində Sİ alətlərindən istifadə edir. Hazırda bu texnologiyalar əsasən gündəlik, şablon tipli xəbərlərin yaradılmasında tətbiq olunsa da, gələcəkdə analitik və araşdırma yönümlü məqalələrə də şamil edilə biləcəyi ehtimal olunur.
Zavod işçiləri: robotların daha ağıllı mərhələsi
“Zavod işçiləri” üçün risklər təkcə avtomatlaşdırma ilə deyil, həm də süni intellektin sənaye robot texnologiyalarına inteqrasiyası ilə artmaqdadır. “Boston Consulting Group”un 2023-cü ildə yayımladığı hesabatda qeyd olunur ki, inkişaf edən sənaye ölkələrinin istehsal müəssisələrinin 55% artıq Sİ əsaslı robot sistemlərindən istifadə edir. Bu robotlar yalnız fiziki əməliyyatları yerinə yetirmir, həm də istehsal keyfiyyətinə nəzarət, nasazlıqların aşkarlanması və proseslərin optimallaşdırılması kimi funksiyaları yerinə yetirir.
Ekspertlər: texnologiya ilə bərabər sosial hazırlıq da vacibdir
“Pew Research”in tədqiqatlar üzrə direktor müavini Ceff Qotfrid bildirir ki, “bütün tərəflərin - həm texnologiya istehsalçılarının, həm siyasətçilərin, həm də cəmiyyətin bu dəyişikliklərə hazır olması vacibdir”. Ekspertlər qeyd edir ki, süni intellektin əmək bazarına təsiri yalnız risklərdən ibarət deyil. Yeni texnologiyalar yeni iş sahələrinin və peşələrin yaranmasına da yol açacaq. “Süni intellekt etikası”, “məlumat idarəçiliyi”, “alqoritm nəzarəti” və “süni intellekt əsaslı dizayn” kimi sahələr gələcəyin peşələri arasında göstərilir.
Maya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPoçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025