Böyük Britaniya “Apple” və “Google”un mobil ekosistemlərini araşdıracaq
Böyük Britaniya “Apple” və “Google”un smartfon əməliyyat sistemləri, tətbiq mağazaları və brauzerləri ilə bağlı araşdırma başladıb.
“Valyuta.az”ın verdiyi xəbərə görə, bu, ölkənin iri texnologiya şirkətlərini nəzərdən keçirmək üçün yeni gücləndirilmiş tənzimləyici səlahiyyətlərindən ikinci istifadəsidir.
Rəqabət və Bazarlar Təşkilatı (CMA) bildirib ki, araşdırmada “Apple” və “Google”un smartfon ekosistemlərində "strateji bazar statusu"na sahib olub-olmadığı, eləcə də onların istifadəçilər və tətbiqlər kimi məzmun və xidmətlər hazırlayan bizneslər üzərindəki təsiri qiymətləndiriləcək.
CMA-nın baş icraçı direktoru Sara Kardell (Sarah Cardell) bildirib ki, daha rəqabətli mobil ekosistemlər milyonlarla insanın istifadə etdiyi tətbiq mağazaları, brauzerlər və ya əməliyyat sistemləri kimi xidmətlərdə yeni innovasiyaların və imkanların yaranmasına şərait yarada bilər.
"Daha yaxşı rəqabət Böyük Britaniyada iqtisadi artımı da stimullaşdıra bilər, çünki bizneslər “Apple” və “Google”un platformalarında yeni və innovativ məhsul və xidmətlər təqdim etmək imkanına sahib ola bilər" - deyə, o, qeyd edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay