Süni intellektdə qlobal güc birliyi
Amerikanın “OpenAI” (ChatGPT-in tərtibatçısı), “Oracle Corp”, Yaponiyanın “SoftBank” və BƏƏ-nin “MGX” investisiya şirkəti ABŞ-da süni intellekt infrastrukturu qurmaq məqsədilə “Stargate” adlı birgə müəssisə yaradacaq. Layihə çərçivəsində "OpenAI" üçün məlumat emalı mərkəzləri inşa ediləcək.
Valyuta.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, ilkin mərhələdə şirkətlər birgə müəssisəyə 100 milyard dollar sərmayə qoyacaq, dörd il ərzində isə bu məbləğ 500 milyard dollara çatdırılacaq.
Hər bir şirkətin nə qədər sərmayə yatıracağı açıqlanmasa da, mənbələr bildirir ki, 100 milyard dollarlıq investisiyaya Co Baydenin prezidentliyi dövründə elan edilən layihələr də daxildir.
“Stargate” in yaradılması barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə elan edib. Tədbirdə “OpenAI” nin rəhbəri Sem Altman, “Oracle” nin təsisçisi Larri Ellison və “SoftBank” ın rəhbəri Masayosi Son iştirak edib.
“Goldman Sachs” ın qiymətləndirmələrinə görə, yaxın illərdə texnologiya nəhəngləri, o cümlədən ABŞ şirkətləri, süni intellektin inkişafına - məlumat emalı mərkəzləri, çiplər və süni intellekt sistemlərinə təxminən 1 trilyon dollar xərcləyəcək.
Qeyd edək ki, 500 milyard dollarlıq büdcəsi olan bu layihə "hətta Silikon Vadisi standartlarına görə də böyük" hesab olunur.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay