Nobel mükafatçısı: "Süni intellekt ilk dərmanı 2025-ci ildə hazırlaya bilər"
"Xərçəng, ürək-damar və ya neyrodejenerativ xəstəliklər üçün süni intellektdən istifadə edilməklə hazırlanmış dərman 2025-ci ilin sonuna qədər ortaya çıxa bilər".
Valyuta.az xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində kimya üzrə 2024-cü il Nobel mükafatı laureatı, İzomorfik Laboratoriyaların yaradıcısı Demis Hassabis deyib.
"Biz onkologiya, ürək-damar xəstəlikləri, neyrodegenerasiya, bütün əsas xəstəlik sahələrinə baxırıq və düşünürəm ki, bu ilin sonuna qədər ilk dərmanımız olacaq", deyə həkim bildirib.
Hassabis vurğulayıb ki, bir dərman hazırlamaq üçün adətən orta hesabla beş-on il vaxt lazımdır. O, süni intellektin bu prosesi 10 dəfə sürətləndirə biləcəyini və bunun səhiyyədə inanılmaz inqilab olacağını söyləyib.
Yanvarın 20-də bildirilib ki, “InSilico Medicine” biotexnoloji şirkətinin çinli alimləri anemiyanın müalicəsi üçün yeni dərman kəşf ediblər. Yenilik Chemistry42-nin 40-dan çox AI modelindən ibarət süni intellektlə işləyən platforması sayəsində mümkün olub. Siçovullar üzərində aparılan sınaqlar göstərib ki, əldə edilən maddə gəmiricilərdə anemiya əlamətlərini yüngülləşdirib. Bundan əlavə, sintez etmək nisbətən asandır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay