Texno
22.01.2025 / 14:38
"Netflix" abunəlik qiymətlərini artırıb
63567
"Netflix" ABŞ-da yayım planlarının qiymətlərini artırıb.
Valyuta.az-ın verdiyi xəbərə görə, bu qərar şirkətin dördüncü rübdə təxminən 20 milyon yeni abunəçi qazandığını açıqlamasından sonra qəbul edilib.
Reklam dəstəyi ilə işləyən planın qiyməti əvvəlki 6,99 dollardan 7,99 dollara qaldırılıb.
Reklamsız "Standart" plan 15,49 dollardan 17,99 dollara, "Premium" plan isə 2 dollar artaraq 24,99 dollara yüksəlib. Əlavə üzv əlavə etmək istəyən istifadəçilər 8,99 dollar ödəyəcək ki, bu da əvvəlki qiymətdən 1 dollar çoxdur.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay