Tramp süni intellekt sahəsində 100 milyard dollarlıq layihəni təqdim edib
ABŞ prezidenti Donald Tramp ölkədə süni intellekt (AI) infrastrukturunun gücləndirilməsinə yönəlmiş iri həcmli özəl sektor investisiyasını elan etməyə hazırlaşır.
"Valyuta.az" xəbər verir ki, "CBS News"un əldə etdiyi məlumata əsasən, prezident Tramp əvvəlcə süni intellekt sahəsində 100 milyard dollar, daha sonra isə 500 milyard dollarlıq layihəni təqdim edib.
"Stargate" adlanan layihə "OpenAI", "SoftBank" və "Oracle" kimi tanınmış şirkətlərin birgə iştirakı ilə həyata keçirilir.
Layihə Texas ştatında ən müasir məlumat mərkəzinin tikintisi ilə başlayacaq və gələcəkdə digər ştatlara da genişlənməsi planlaşdırılır. Təşəbbüsə əlavə investorların da qatılması gözlənilsə də, hələlik onların kimliyi açıqlanmayıb.
Layihə, həmçinin "Amazon", "Google" və "Meta" kimi iri texnologiya şirkətlərini təmsil edən "NetChoice" ticarət təşkilatının dəstəyini qazanıb. "NetChoice" qrupu Tramp administrasiyasının enerji istehsalı və süni intellekt idarəetməsi ilə bağlı Bayden dövründə tətbiq edilən bəzi qaydaları ləğv etməsini alqışlayaraq, bu addımları süni intellekt innovasiyalarında ABŞ-ın liderliyini təmin etmək üçün "kritik" olaraq qiymətləndirib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay