BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
61995

Dünyanın ən böyük çip istehsalçısı TSMC (Tayvan Semiconductor Manufacturing Company) süni intellekt sahəsindəki artan tələbin təsiri ilə öz səhmlərində rekord artıma nail olub. 

Valyuta.az xəbər verir ki, Taypey birjasında TSMC səhmləri 1,4%-ə qədər artaraq 8 noyabr zirvəsini keçib. Şirkət səhmlərinin bu il ərzində ümumi artımı 84%-ə çatıb.

Süni intellekt tələbi çiplərə marağı artırır

Süni intellekt texnologiyalarının gündəlik həyatın bir hissəsinə çevrilməsi ilə bu texnologiyaları dəstəkləyən çiplərə olan tələbat da sürətlə artır. "Nvidia" kimi texnologiya nəhənglərinin də daxil olduğu çip sektoru səhmləri davamlı yüksəlişdədir. TSMC bu artım dalğasından faydalanan əsas şirkətlərdən biridir.

Analitiklər nə deyir?

"Bloomberg"in məlumatına görə, "Financiere de L’Echiquier"in Asiya səhmləri üzrə rəhbəri Kevin Net bildirib ki, TSMC süni intellekt mövzusunda ən yaxşı seçimlərdən biri olaraq qalır və şirkət müasir texnologiyaları seçmədən bu yüksəlişdən faydalanmaq üçün ideal platformadır.

O əlavə edib ki, TSMC üçün növbəti mühüm katalizatorlar "Nvidia"nın CES 2025 təqdimatı və TSMC-nin maliyyə nəticələri olacaq.

Rekord satış və mənfəət gözləntiləri

"Apple" və "Advanced Micro Devices" (AMD) kimi müştərilərə xidmət göstərən TSMC süni intellekt sahəsinə artan investisiyalar sayəsində böyük qazanc əldə edib. Şirkətin 2023-cü ilin dekabr rübü üçün satışlarını 36% artıracağı və brüt mənfəət marjının son illərdəki ən yüksək səviyyəyə - 58,3%-ə çatacağı gözlənilir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

O Polşanın yeni prezidenti olacaq

Prezident Bakıda sərgi və forumun açılışında iştirak edir

Dünyanın ən bahalı 10 restoranı

Bankir Elxan Qəribli sığorta şirkətinin rəhbərliyinə təyinat alıb - FOTO

Avro bahalaşıb - Günün məzənnəsi

Lerikdə zəlzələ oldu

"Bitcoin" dəyərlənir - Günün kriptovalyuta göstəriciləri

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır - SƏHƏR OXUSU

Ucuz alıb, qəpik-quruşa satırlar: Çin avtomobillərinin ucuzluğunun arxasında nə dayanır?

Qarabağ Universiteti üçün kampus TİKİLƏCƏK

Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq?

Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır - Necə fərqləndirək?

Bu sualda səhvlik olub- Abituriyentlərin xeyrinə hesablanacaq

"Apple" bütün "iPhone 17" modellərində "metalens" texnologiyasından istifadə edəcək

Məşhur iş adamı uğurlu karyera üçün başlanğıcda atılmalı olan iki addımı açıqladı

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

6 abituriyent, 1 nəzarətçi imtahandan qovuldu

Smartfonunuzdakı yeddi ən təhlükəli PROQRAM

Bayram ərəfəsində bölgə hotellərində son vəziyyət (VİDEO)

Xaricdən mobil telefon gətirmək niyə azalıb? (ARAŞDIRMA)

Bu xüsusiyyətlər səndə varsa, “Öz işinin ağası” ola bilməzsən

İllik 1 milyon 920 min manata belə kimsə bu işdə işləmək istəmir

Bu ölkə Azərbaycana 1,22 manatdan donuz piyi satıb

CEO olmaq üçün MBA təhsili almaq zəruridir?

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? - Tarix AÇIQLANDI

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? - Tarix AÇIQLANDI

Ağ şəhərdə fəaliyyət göstərən kafe biznesi satılır - QİYMƏT

Hərraca çıxarılan saatın dəyəri brilyantdadır, yoxsa sahibinin adında? - QİYMƏT

"Bu iş sənlik deyil" dedilər, o isə dünya ulduzuna çevrildi - Morgan Friman

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin