"Samsung" yüksək səviyyəli rəhbərlərini işdən azad etmək qərarına gəldi
Son dövrlərdə qarşılaşdığı böhranlarla mübarizə aparmaq üçün "Samsung", yarımkeçirici bölməsində genişmiqyaslı yenidənqurma işlərinə start verib.
Valyuta.Az cihaz həlləri (DS) bölməsinə fokuslanan bu proses, şirkətin rəqabət gücünü itirdiyi sahələrdə bərpa səyləri kimi qiymətləndirilir.
Yarımkeçirici istehsalında rəqiblərindən geri qalan "Samsung", yaddaş məhsulları sahəsində "SK Hynix" ilə rəqabət etməkdə çətinlik çəkir. Bundan əlavə, köhnə məhsullarının Çin istehsalçılarının təzyiqi altında qalması, şirkətin daha aqressiv addımlar atmasını zəruri edib.
"Sammobile"ın məlumatına görə, "Samsung" bu çərçivədə bir neçə yüksək səviyyəli rəhbəri vəzifəsindən azad edib. Bazar müşahidəçiləri, şirkətin baş icraçı direktoru Canq Dok-hyon (Jang Deok-hyun), DS vitse-prezidenti Cin-man (Jin Man) və texniki direktoru Sonq Cae-hyukun (Song Jae-hyuk) da vəzifələrindən uzaqlaşdırıla biləcəyini bildirir. Yenidənqurma çərçivəsində işçilərin rotasiyası və təşkilata yeni istedadların cəlb edilməsi planlaşdırılır.
"Samsung Electronics"in prezidenti Cei Y. Li (Jay Y. Lee), şirkətin bu çətin dövrdən uğurla keçəcəyinə inandığını vurğulayıb. O, şirkətin əsas iş sahələrində rəqabət gücünü artırmaq üçün yeni istedadların cəlb edilməsinin vacib olduğunu qeyd edib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay