Texno
25.11.2024 / 21:48
"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif
60110
"UniCredit", razılaşmanın Avropanın ən böyük üçüncü kredit qurumunu yarada biləcəyini açıqlayıb.
Valyuta.Az xəbər verir ki, "UniCredit", İtalyan rəqibi "Banco BPM"i satın almaq üçün 10 milyard avro (10,5 milyard dollar) təklif etdiyini bildirib.
Banka görə, əgər razılaşma baş tutarsa, bazar dəyərinə görə Avropanın ən böyük üçüncü kredit qurumu yaranacaq.
"UniCredit", bu razılaşmanın “İtaliyadakı iki qrupun potensiallarının tam olaraq inkişaf etdirilməsinə və bunun nəticəsində güclü pan-Avropa qurumunun daha da möhkəmləndirilməsinə imkan yaradacağını” vurğulayıb.
"UniCredit"in təklifi, "Banco BPM"-nin cümə günü qeydə alınan səhmlərinin qiymətinə görə 0,5% və 6 noyabr tarixindəki qiymətinə əsasən 14,6% artıq bir dəyər təmsil edir.
Rəhim
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay