Kaliforniya qubernatoru AI haqqında qanun layihəsini veto etdi
Kaliforniya qubernatoru, demokrat Gavin Nyusom süni intellekt (AI) sistemlərinin təhlükəsizlik baxımından sınaqdan keçirilməsini tələb edən qanun layihəsini rədd edib.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Sənəd qəbul olunarsa, ABŞ-da süni intellekt sahəsində ilk qanunvericilik aktlarından biri ola bilər. Qanun böyük şirkətləri, o cümlədən "Google" və "OpenAI"ni nəinki süni intellekt sistemlərinin təhlükəsizliyini yoxlamağa, hətta gözlənilməz hallar zamanı onları tamamilə bağlamaq imkanını təmin etməyə məcbur edəcək.
"Mən qanun layihəsini imzalamadan geri qaytardım", deyə Nyusom bildirib.
Onun fikrincə, süni intellektin effektiv tənzimlənməsi üçün istənilən çərçivə texnologiyanın özü ilə ayaqlaşmalıdır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay