Bloomberg: Apple robot qolu şəklində bir cihaz yaratmaq istəyir
Apple ağıllı ev üçün komanda mərkəzi rolunu oynayacaq robot qolu yaratmaq üzərində işləyir.
Valyuta.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, yeni cihaz “iPad-ə bənzər displey və robot üzvü” birləşdirəcək. Layihə hələ 2022-ci ildə Apple-ın idarəetmə komandası tərəfindən təsdiqlənib, lakin onun üzərində ciddi işlərə yalnız son aylarda başlanılıb. İndi yüzlərlə adam bununla məşğuldur. Apple-ın planına görə, robot qolu videokonfrans üçün də istifadə edilə bilər və evlərin təhlükəsizliyini təmin etmək üçün istifadə olunacaq.
Bloomberg daha əvvəl bildirmişdi ki, 2024-cü ilin sonunda Apple bu günə qədər ən kiçik masaüstü kompüteri satmağa başlayacaq. Yeni Mac Mini Apple tərəfindən hazırlanmış yeni nəsil M4 prosessorları ilə təchiz olunacaq. Artıq satışa çıxarılan modellər arasında onlar yalnız iPad Pro-da mövcuddur.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay