BAKU Azərbaycan
9.91°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
52988

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” (Baktelekom) MMC-lərin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi 15 avqusta qədər olubsa, növbəti hesablama dövrünə qədər heç bir əlavə ödəniş etmədən mövcud GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifi ilə davam edəcəklər.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lərdən bildirilib.

“Məsələn, abunəlik müddəti 10 avqust tarixində yenilənən müştərilərimiz növbəti hesablama dövrünə qədər 40 Mbit/s, 60 Mbit/s və 100 Mbit/s tarif paketlərinə heç bir əlavə ödəniş etmədən əvvəlki şərtlərlə davam edəcəklər. Abunəçilər əvvəlcədən ödəniş etdikləri üçün mövcud tariflərlə davam edəcək və əlavə borc yaranmayacaq.

Həm “Aztelekom” MMC-nin, həm də “Bakı Telefon Rabitəsi” MMC-nin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi 15 avqust və sonrakı tarixlərə təsadüf edərsə, hesablama yeni tariflərlə qeydə alınacaq”, - məlumatda deyilir.

Xatırladaq ki, bu ayın 15-dən GPON tarifləri üzrə təqdim olunan sürətləri 2,5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıcaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0,45 manatdan 0,25 manata endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 manat, 150 Mbit/s internet üçün 30 manat, 250 Mbit/s internet üçün 36 manat qiymət təklif ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Wall Street"də bonuslar rekord həddə çatıb

Makron Ukraynaya 2 mlrd. avro dəyərində əlavə yardım ediləcəyini açıqlayıb

Banklara ən çox əmanət yerləşdirilən regionlar

Bankların xalis mənfəəti 28 %-dən çox azalıb

Milyarder 2 aylıq həbs edildi

Azərbaycanın Almaniyaya ixracı 5 dəfə artıb

Gənc Sahibkarlar üçün "Bootcamp" keçiriləcək

Kasıbla varlı arasındakı fərq nədir? - Bill Qeyts açıqlayır

"Yaş maya istehsalçısı"na əlavə 8 milyon manat maya qoyuldu

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

ABŞ-nin yeni rüsumlarından ən çox zərər çəkəcək avtomobil istehsalçıları açıqlandı

Kredit borcunu ödəyə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb olunmur? - AÇIQLAMA

Tikinti şirkətinin iki əməkdaşı saxlanıldı - Cinayət işi açıldı

Azərbaycanın sığorta bazarının ən böyük payçıları açıqlandı - ADLAR

Azərbaycanın sığorta bazarının ən böyük payçıları açıqlandı - ADLAR

Azərbaycanda fantastik qiymətə avtomobil satılır

Yanvarda Azərbaycana ən çox hansı yaş qrupunda turist gəlib?

Agentliyin sədrinə yeni müavin təyin edildi

Orenburqdan Bakıya birbaşa reys açılacaq

Prezident və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib

Hamı evini satıb bu əraziyə köçür - Mənzillər su qiymətinə satılır

Bu videoların baxış sayı artacaq -"Youtube"un yeni qərarı qüvvəyə minir

60 dollarlıq sual -"Binance" qurucusunun kriptolayihəsi istifadəyə verildi

Fevral ayında ən çox satılan avtomobillər – SİYAHI

İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib

Neftimizin qiyməti 76 dolları keçdi

Təhsil tələbə kreditindən ən çox faydalanan 5 universitet - ADLAR

Sürücülərin nəzərinə: Bu yolda cərimələnə bilərsiniz

Tripadvisor üzərindən sifariş alan turizm biznesi satışda - Qiymət 7 min manatdan başlayır

Bitcoin və altcoinlərdə son qiymətlər

Bitcoin və altcoinlərdə son qiymətlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin