
21.07.2024 / 14:17
"Lamborghini" dizaynında smartfon təqdim olundu
52132
"Lamborghini" dizaynında smartfon təqdim edilib.
Oxu.az championat.com-a istinadən xəbər verir ki, qadcetin məhdud versiyası "Redmi K70 Champion Extreme Edition" adlanır. Onun dizaynı "Lamborghini Huracan Super Trofeo EVO2" superkarından ilhamlanıb.
"Redmi K70 Champion Extreme Edition" 144 Hz tezliyə malik düz 6,67 düymlük OLED displeylə təchiz edilib. Cihaz "MediaTek Dimensity 9300+" prosessoru ilə işləyir və 120 Vt-a qədər sürətli enerji doldurmağı dəstəkləyən 5500 mAh batareyaya malikdir.
"Redmi K70 Champion Extreme Edition"ın korpusu qara alüminium çərçivədən hazırlanıb. "Lamborghini" loqosu smartfonun arxa tərəfində təsvir olunub. Qadcetin xüsusi hədiyyə qutusu da var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay