2024-cü ilin ən güclü və ən sürətli "Android" smartfonları açıqlandı
Mobil cihazlar üçün ən məşhur etalon olan "AnTuTu" bazarda mövcud olan ən güclü "Android" smartfonlarının reytinqini yeniləyib.
Valyuta.az xəbər verir ki, iyun ayı üçün reytinqdə əhəmiyyətli dəyişikliklər olub.
"Asus ROG Phone 8 Pro" siyahıya başçılıq edir. O, ən yüksək səviyyəli "Snapdragon 8 Gen 3" prosessorunda işləyir və "AnTuTu" testlərində 2,13 milyondan çox bal toplayıb. Mütəxəssislər əmin edirlər ki, hətta ağır yük altında da tıxanma yoxdur.
Ən güclülər arasında ikinci yerdə uzun müddətdir reytinqə başçılıq edən "Oppo Find X7", üçüncü yerdə isə "iQOO Neo S9 Pro" qərarlaşıb. Sonrakı yerləri "Red Magic 9 Pro+", "VİVO X100" seriyası, iQOO 12, "OnePlus 12" və "Oppo Find X7 Ultra" tutub. Gördüyünüz kimi, reytinqdə "Samsung" və ya "Xiaomi" modeli yoxdur.
Maraqlıdır ki, ilk 3-lükdə olan bütün modellər müxtəlif çipsetlər üzərində qurulub. "ROG Phone 8 Pro"da "Qualcomm Snapdragon 8 Gen 3", "Oppo Find X7"də "MediaTek Dimsnity 9300", "iQOO Neo S9 Pr"da isə daha yeni "Dimsnity 9300+" var. Ümumilikdə "Qualcomm SoC"də altı model və "MediaTek SoC"də dörd model yer alıb.
"AnTuTu" həmçinin orta səviyyəli "Android" qadcetləri arasında performans çempionları sıralayıb. Lider "OnePlus Ace 3V"dir. O, "Snapdragon 7+ Gen 3" çipi ilə təqribən "Snapdragon 8 Gen 2" ilə bərabər olan ilk smartfon olub. Onu "Realme GT Neo6 SE" və "Redmi K70E" izləyir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay